Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Biznesmenin arvadı pulları hara xərcləyib? -cadu üçün 20 min falçıya, 10 min ekstrasensə...

 

Bakıda iş adamının arvadını məhkəməyə verməsinin və onun həbsini tələb etməsinin bəzi təfərrüatları məlum olub.

Yenixeber.org:  İş adamının arvadı ərinin tələb etdiyi pulları hara xərcləməsi haqda istintaqa məlumat verib.

Musavat.com iş adamı Barat Abdullayevin aralarında məhkəmə çəkişməsi gedən həyat yoldaşı Təyminə Abdullayevanın istintaqa verdiyi ifadəni əldə edib.

Qeyd edək ki, T.Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırılır. T.Abdullayeva istintaqa verdiyi ifadəsində ərinin ona qarşı irəli sürdüyü ittihamlarla razılaşmayıb. O, deyib ki, əri ilə birgə yaşadıqları evi, onun qızıllarını ələ keçirmək niyyəti olmayıb. İş adamının arvadı söyləyib ki, 27 dekabr 1990-cı ildə ailə həyatı qurduğu Barat Abdullayev dayısı oğludur. Həmin nigahdan 2003-cü ildə Neman adlı övladları dünyaya gəlib.

T.Abdullayev ifadəsində ərinin başqa xanımla münasibətlərinin olduğunu və buna görə də aralarında problemlər yaşandığını deyib: “Evli olduğumuz halda Barat 1998-ci ildə Natalya adlı bir qadınla qeyri-rəsmi yaşamağa başladı və bir qız övladları dünyaya gəldi. Buna görə də tez-tez problemlər, söz-söhbətlər olurdu. Övladımın atası olduğu üçün Barat Abdullayevi bağışladım”.

Ərinin tez-tez işi ilə bağlı xarici ölkələrdə olduğunu, Bakıya qayıtdıqda isə digər ailəsinin yanında qaldığını deyən Təyminə Abdullayeva bu vəziyyətdən narazı qalıb və özünü pis hiss etməyə başlayıb. Ər-arvad arasındakı münasibətlərin korlanması Təyminə Abdullayevanı falçı yanına getməyə məcbur edib. Onun sözlərinə görə, bacısının qızı Esmira və onun tanışı Nazilə adlı qadın vasitəsi ilə Səkinə İsmayılovanı tanıyıb.

Tanışlıqda məqsəd isə cadu pozdurmaq olub: “Nazilə mənə dedi ki, yəqin sənə cadu ediblər. Məsləhət gördü ki, Səkinənin yanına gedim. Esmira da belə məsləhət gördü. Nazilə məni Səkinənin Əhmədlidəki evinə apardı. Səkinə mənə dedi ki, bir rus qadın mənə cadu edib. Həmin cadunun çıxarılması üçün Səkinə məndən 20 min manat istədi. Həmin pulla Gürcüstandan cadunun çıxarılması üçün müxtəlif əşyalar gətirəcəyini dedi. Bununla razılaşdım. İki gün sonra bacım Rəna və qızı Esmira ilə Səkinənin evinə getdik və orada 20 min manatı ona verdim. Səkinə kart və su ilə falıma baxaraq dedi ki, mənim və oğlumun ölümünə cadu ediblər. Pulu verəndə Səkinə bir bağlama verdi. Dedi ki, bunu gözdən uzaq, qaranlıq bir yerdə saxlayaq. Biz də Zığ qəsəbəsində zeytunluğa basdırdıq. Həmin vaxt Səkinə dedi ki, səbirli olum. Yaxında hər şey düzələcək. Təxminən 1 ay sonra Səkinə ilə telefonla danışanda ona dedim ki, ərim bəzi obyektlərini və mənzilini satmaq istəyir. Amma alınmır. Kömək etməsini xahiş etdim. Səkinə Qəmbər adlı ekstrasensin olduğunu və mənə kömək edəcəyini dedi”.

20 mini cadunun pozulması üçün Səkinəyə verən T.Abdullayeva 10 min manatı da obyektlərin satılması üçün verdiyini deyir. Amma pulu ekstrasens Qəmbərə özü verməyib, Səkinə vasitəsi ilə çatdırıb.

T.Abdullayeva ekstrasens Qəmbərlə görüşə bilməməsinin səbəbini ifadəsində belə izah edib: “Səkinə dedi ki, Qəmbər heç kimlə ünsiyyətdə olmur. Dedi ki, pulu versəm, iş həll olacaq. Qızıllarımı lombarda qoyub pul götürdüm.Səkinə pulu bizim evdən gəlib götürdü. Yanında Xəyyam adlı şəxs də var idi. Səkinə dedi ki, bir aya hər iki iş düzələcək. Amma 3 ay keçdi. Səkinəyə zəng edib pulumu geri istədim.Səkinə dedi ki, 1-2 günə Qəmbəri mənim evimə gətirəcək və o, bizim satmaq istədiyimiz evi almaq istəyir. Belə də oldu. Qəmbər, Xəyyam və Səkinə gəlib evə baxdılar. Qəmbər evin xoşuna gəldiyini, yaxın zamanda satacağını dedi. Amma bu iş də alınmadı”.

Təyminə Abdullayeva istintaqda deyib ki, falçı Səkinə uzun müddət onun pulunu qaytarmayıb. Daha sonra Səkinə ona təklif edib ki, mənzilini banka girov qoyaraq pul götürsün: “Səkinə dedi ki, tanışları ilə bu işi həll edəcək və mənə lazım olan pulu verəcəklər. Bu işdən Səkinə də pul qazanacağını və mənə olan borcunu geri qaytaracağını dedi. Bu barədə Barata da dedim. O da razılaşdı. Lakin bu iş də alınmadı. Sonra Səkinə dedi ki, Xəyyamla Gürcüstandan maşın gətirib satırlar. Ordan pul qazanıb borcunu verəcək.

Daha sonra Səkinə dənizaltı qaynaq işlərinin görülməsi üçün elektrodların satışı ilə məşğul olduğunu dedi. Həmin işə pul qoymağımı təklif elədi. Həm də Əhmədlidə olan gözəllik salonunu borcunun qarşılığında mənə verə biləcəyini söylədi. Mən də inandım. Şücayət adlı tanışımdan 6 faizə 20 min pul götürüb elektrod işinə görə Səkinəyə verdim. Sonra Səkinədən yenə səs çıxmadı.

Səkinən məni aldatdığını görüb pulumu istədim. Dedi ki, salonu mənə verir. Dəyəri 100 min idi. Onun da mənə 50 min borcu var idi. Mən ona 50 min verməli idim ki, salonu adıma keçirsin. Dedi ki, mənzilimi banka girov qoyum və pul götürüm. Onun tanışları vasitəsi ilə bankdan pul götürüb ona verim ki, salonu adıma keçirsin. Mən onunla razılaşdım və evin sənədlərini ona verdim. Bir müddət sonra Səkinənin Emin adlı tanışı zəng elədi və bankdan pul götürməyimə kömək edəcəyini söylədi”.

Təyminə Abdullayeva əri Barat Abdullayevlə birgə yaşadığı mənzili qanunsuz olaraq ələ keçirməkdə də təqsirləndirilir. Belə ki, mənzil T.Abdullayevanın adına olub və o, şəxsiyyət vəsiqəsində subay olduğunu göstərib. Beləliklə ərinin razılığını almadan evi satıb.

İş adamının arvadı evi ərindən xəbərsiz girov qoyması və pul götürməsi məsələsini belə izah edib: “Mən Səkinənin tanışı olan Eminə ailəli olduğumu, ancaq evin öz adıma olduğunu dedim. Ərimin xəbəri olmadığı üçün bunun mümkün olmayacağını söylədim. Amma Emin dedi ki, bu işi həll edəcək. Şərt olaraq isə bildirdi ki, bank xərcləri olacaq. Həmin vaxt mən şəxsiyyət vəsiqəsini itirdiyim üçün ASAN Xidmətə müraciət edərək yeni şəxsiyyət vəsiqəsi aldım. ASAN Xidmətdən şəxsiyyət vəsiqəsi alarkən nə nigah haqqında, nə də boşanmaq haqqında sənəd təqdim etmədim. Evli və ya subay olduğumu demədim”.

Təyminə Abdullayeva daha sonra evi necə girov qoyduğunu və 110 min götürməsini istintaq orqanına belə izah edib: “Şəxsiyyət vəsiqəsi aldıqdan sonra Eminlə əlaqə saxladım. “Dəmirçi plaza”da yerləşən “Faktor Lizinq” şirkətinin ofisinə dəvət etdilər. Kreditlə bağlı danışıq oldu. Mənə 110 min manat lazım olduğunu dedim. Emin isə bildirdi ki, 130 min yazdıraq ki, 20 min də bank xidmətləri tutulacaq. Mənə 100 min lazım idi, amma Səkinə mənə demişdi ki, 10 min artıq götürüm. Həmin pulu Xəyyama verəcəkdi. Və sonra mənim pulumu qaytaranda geri ödəyəcəkdi. Bu məbləği verərkən lizinq şirkəti bir öhdəçi istədi. Mən də Səkinə ilə əlaqə saxladım. Xəyyam, Səkinə və Eminlə birlikdə 9 saylı notariat kontoruna getdik. Orada Səkinə də, mən də sənədləri imzaladıq. Mən sənədləri oxumadan imzaladım. Daha sonra lizinq şirkətinin ofisinə qayıtdıq. Mən 110 mini aldım. Yolda pulun 60 minini Səkinəyə verdim. 35 min isə lombarda ödədim. Bu söhbətlərdən 2 aya yaxın vaxt keçdi. Amma Səkinə salonu mənim adıma keçirmədi. Hər dəfə müxtəlif bəhanə gətirərək məni aldatdı. Səkinə lizinq şirkətinə pul da ödəmirdi. Mənə zəng edib dedilər ki, öhdəçiliyi öz üzərimə götürüm. Əgər pulu ödəməsəm ev əlimdən çıxa bilər. Mən də 6 min ödədim. Həmin pulu da bacımdan aldım. Öhdəçiliyi öz üzərimə götürəndən sonra Səkinədən borc müqaviləsi bağlamağımızı istədim. Əvvəlcə razılaşdı, amma sonra telefonları söndürüb yoxa çıxdı. Bu barədə ərimə və qaynıma dedim. Onların məsləhəti ilə polisə müraciət etdim”.

T.Abdullayeva bu hadisələrdən əvvəl hər ay ərindən 2 min manat pul aldığını da təsdiqləyib: “Ayda 2 min manat “Nemi”adlı restoranın icarəsindən mənə verirdi”.

Bildirək ki, Barat Abdullayev şikayətində qızıllarının arvadı tərəfindən lombarda qoyulduğunu, bir hissəsinin isə ələ keçirildiyini deyib. T.Abdullayeva bu ittihamla da razılaşmayıb və istintaq orqanına deyib ki, lombarda qoyduğu qızıllar arasında ərinin qızıl saatı da olub: “Amma digər qızılları isə Baratla nigah dövründə mənə alınıb. Özünə məxsus qızılları isə evdən gedəndə aparıb”.

İstintaqda Təyminə Abdullayeva qızıllarla bağlı əlavə suallara cavab vermək istəməyib.

Sonda polislərə müqavimət göstərməsi ittihamı haqda da ifadə verən Təyminə Abdullayeva bildirib ki, həmin vaxt evdən çıxarkən 3 mülki geyimli şəxs ona yaxınlaşıb: “Məni zorla maşına mindirmək istədilər. Onların polis olduğunu bilmədim. Həmin vaxt huşumu itirib yıxıldım. Amma onlara müqavimət göstərmədim. Ayılanda isə oğlum və dostlarının həmin şəxslərlə mübahisə etdiyini gördüm”.

Qeyd edək ki, Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub.

Qeyd edək ki, Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam