Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“PULLARI VERDİYİM MTN POLKOVNİKİ ÖZÜNÜ ASDI” -MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xeberinfo.com:  APA-nın məlumatına görə, iclasda Əlövsət Məhərrəmovun həyat yoldaşı Mehriban Abdullayeva ifadə verib. Mehriban Abdullayeva heç nədən xəbəri olmadığını deyib. Hakim ondan ərinin işə düzəltmək adı ilə vətəndaşlardan pul almasını bilib-bilməməsini soruşub. Mehriban Abdullayeva ərinin işlərinə qarışmadığını deyib. O, vəkillərin suallarına cavab olaraq bildirib ki, həyat yoldaşı ayda 500 manat maaş alıb. Prokuror təqsirləndirilən Əlövsət Məhərrəmovdan zərərçəkmişlərdən aldığı 670 min manatın harada olmasını soruşub.

Əlövsət Məhərrəmov isə pulları MTN polkovnikinə verdiyini deyib: “Pulları verdiyim MTN polkovniki özünü asdı”.

Məhkəmə prosesi dekabrın 23-də davam edəcək.

Qeyd edək ki, Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub. Ə.Məhərrəmov ötən ilin fevralında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. (APA)

Çox böyük ehtimalla, Ə.Məhərrəmov özünü asan MTN polkovniki deyərkən MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevi nəzərdə tutur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam