Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

4 MİLYONA GENERALIN HƏBSİNİ SİFARİŞ EDƏN KİM OLUB?

dollar1

“Pulun bir hissəsini verən adam məni tez-tez narahat edir ki, generalı bitirəcəyinizə söz vermişdiz, bəs nə oldu?”

 

Xeberinfo.com:   Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” kimi tanınan Akif Mustafayevin ”sağ əli” Aydəm İsmayılovun əmlakını ələ keçirdiyi “EURO TİKİNTİ” MTK-nın sədri Nəsimi Sadıqovun mediaya müraciət və açıqlamalarında xüsusi diqqət çəkən bir məqam var.

Məlumata görə, N.Sadıqov criminal.az saytına açıqlamasında ”Marriot” hotelində A.İsmayılov və ”Akula Akif” arasında özünün də iştirak etdiyi görüşün şok detalları barədə danışıb. O, bunları deyib:

”Aydəm İsmayılov mənim əmlakımı Akula Akifin gücündən istifadə edərək ələ keçirib. Aydəm İsmayılova etiraz edəndə isə MTN-lə hədə-qorxu gələrək, başıma qara torba keçirilib aparılacağı ilə hədələyirdi. Aydəm İsmayılovla “Akula Akif”in görüş yerlərindən biri Marriott idi. O, “Akula Akif”lə görüşlərinin birinə qorxutmaq üçün məni də çağırdı.

“Akula” məndən soruşdu ki, bilirsən ki, Aydəm mənim şərikimdi? Mən ”hə” cavabı verdim. “Akula” mənə dedi ki, get sənədləri (müqavilələri) yaz ver Aydəmə. Yoxsa sən və nəslin MTN də çürüyəcəksiz. Bundan sonra 3 000 000 dollardan çox dəyəri olan əmlakı qarşılığı ödənilmədən müqavilə ilə Aydəm İsmayılova verdim”.

N.Sadıqov bildirir ki, həmin görüşdə A.İsmayılovla ”Akula Akif” arasında baş tutan maraqlı dialoqun şahidi olub. Həmin dialoq təxminən aşağıdakı kimi olub:

Aydəm İsmayılov: 4 milyon 400 min manat verdik, bəs nə oldu generalın məsələsi?

”Akula Akif”: Görmədin, cənaba (Eldar Mahmudovu nəzərdə tutur) dedim, işdən çıxartdırdım.

Aydəm İsmayılov: Biz belə danışmamışdıq axı…

‘Akula Akif”: Generalı işdən çıxardıq, tez bir zamanda həbs ediləcək. Ondan sonra əmlakına da həbs qoyulub sizin də paylarınız qaytarılacaq…

Aydəm İsmayılov: Pulun bir hissəsini verən adam məni tez-tez narahat edir ki, generalı bitirəcəyinizə söz vermişdiz, bəs nə oldu?

”Akula Akif”: Generalın arxasında ”Ağbaş” durur, ona hələ gücümüz çatmır, amma onun da axırına az qalıb. Gedin təcili general barəsində mətbuatda, xüsusilə ”Müsavat” və ”Azadlıq” qəzetlərində onu gözdən salmaq üçün xoşagəlməz məqalələr yazdırın.

N.Sadıqovun sözlərinə görə, həqiqətən həmin söhbətdən sonra qəzetlərdən birində generalı gözdən salmaq üçün iftira dolu məqalələr yazıldı.

Söhbət hansı generaldan gedir, bu sirr deyil. Burda yeni və sözün əsl mənasında sensasiyalı məqam adını çəkməyə ehtiyac görmədiyimiz generalın “vurulması” üçün Eldar Mahmudovun kimdənsə sifariş almasıdır. Aydəm İsmayılov vasitəsilə Akif Mustafayevə 4 milyon 400 min manat verərərək, nüfuzlu generalın həbs olunmasını sifariş edən kimdir?

Kerem-Eldar

Bu sual ətrafında təhlil və araşdırma aparan bəzi saytlarda konkret ad çəkilib. Məsələn, 24saat.org saytı bəzi mülahizələrə asaslanaraq iddia edib ki, generalın həbsinin sifarişçisi Əmlak Məsələləri üzrə Dövlət komitəsinin sədri Kərəm Həsənov ola bilərdi. Bu iddia həqiqətə nə dərəcədə yaxındır, demək çətindir. Lakin “AzPolitika” xatırladır ki, burda eyham vurulan generalın və Kərəm Həsənovun adı oxşar başqa bir iddiada da keçir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş əməkdaşı, 2014-cü ilin sentyabrında MTN tərəfindən həbs olunmuş Malik Mustafayev də həbsinin K.Həsənov tərəfindən MTN-ə sifariş olunduğunu iddia edir və bildirir ki, istintaqda ondan bir generalın əleyhinə ifadə almaq istəyiblər. Yəni onun həbsi, dolayısilə həmin generala qarşı əməliyyat olub. Lakin M.Mustafayev MTN-dəki işgəncələrə rəğmən, istintaqçıların tələb etdikləri ifadəni vermədiyindən bu əməliyyat pozulub. Bütün bunlar təsadüfdürmü?

M.Mustafayevin Prezidentə həbsdən sonrakı videomüraciətini təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam