Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Oliqarxların London malikanələri müsadirə olunacaq

Gələn ilin yazında Böyük Britaniyada korrupsiya və maliyyə cinayətlərinə qarşı misli görünməmiş dərəcədə sərt kampaniya başlayacaq.

Xeberinfo.com:  Buna səbəb hazırda parlamentdə müzakirə olunan yeni qanun layihəsidir. “Criminal Finances Bill” adlı qanun layihəsi bu günlərdə Böyük Britaniya parlamentinin İcmalar palatasında ikinci oxunuşdan keçib. Gözlənilir ki, noyabrın 24-nə qədər qanun layihəsinə komitələrdə baxılacaq.

 

Bu qanun layihəsinə dair müzakirələri heç şübhəsiz ki, Azərbaycan da daxil olmaqla bir çox keçmiş sovet respublikalarının zənginləri, korrupsiya yoluyla varlanmış oliqarxları böyük narahatlıqla izləyir. Çünki qanun layihəsində nəzərdə tutulan mexanizmə görə əgər Böyük Britaniya ərazisində xaricilər tərəfindən əldə edilmiş, dəyəri 100 min funt sterlinqdən artıq olan daşınmaz əmlakın qanunsuz gəlirlər hesabına alındığına dair tutarlı şübhələr meydana çıxsa həmin mülkə həbs qoyulacaq, dövlətin hesabına müsadirə olunacaq. 

Sirr deyil ki, indiyə qədər London dünyanın hər yerindən korrupsionerlər üçün əsl cənnət idi. Onlar çirkli yollarla qazanılmış pullar hesabına “Dumanlı albion”da özlərinə mülklər alır, övladlarını orada oxudur və onlara dəbdəbəli həyat təmin edirdi. Böyük Britaniyanın cinayətkarlığa qarşı mübarizə agenliyi (National Crime Agency) hesablayıb ki, bu ölkədə çirkli pulların illik dövriyyəsi 100 milyard funt sterlinqdən çoxdur. Onlar bahalı əmlaka, incəsənət nümunələrinə, avtomobil kolleksiyalarına və s. sərf olunur.

İndiyə qədər hakimiyyət çirkli pulların bu cür yuyulmasına qarşı heç nə edə bilmirdi. Çünki həmin əmlakın qanunsuz yollarla əldə edilməsinin sübutu kimi onun sahibinin vətənində cinayət işi üzrə mühakimə edilmsi, onlara hökm çıxarılması gərəkli idi. Bu isə əksər hallarda mümkün olmayan işdir, xüsusən də həmin korrupsionerlər hakimiyyətlərdə vəfizələr tutursa.

Londonun çirkli pulların yuyulması mərkəzinə çevrilməsi beynəlxalq antikorrupsiya təşkilatlarını da ciddi narahat edirdi və onlar bir sıra etiraz kampaniyaları keçirmişdilər. Nəhayət Britaniya hökuməti qərara aldı ki, vəziyyəti radikal şəkildə dəyişsin. Həmin qanun layihəsinə əsasən əgər əmlakın sahibinin onu çirkli pullarla aldığına dair şübhə yaransa məhkəmə ondan tələb edəcək ki, mənbəni açıqlasın. Əgər bu tələbə əməl olunmasa məhkəmə əmlaka həbs qoyacaq. Əmlakın 2002-ci ildə qəbul edilmiş qanuna (Proceeds of Crime Act 2002) əsasən müsadirəsi baş verəcək.

Beləliklə, qanun bundan sonra tələb etməyəcək ki, əmlakın sahibinin barəsində onun vətənində məhkəmə hökmü çıxarılsın və əmlakın qanunsuz yollarla əldə edildiyinə dair sübutlar olsun. Bunun üçün ancaq “şübhələnmək üçün ağlabatan əsasın olması” kifayət edəcək.

Böyük Britaniyanın Torpaq Reyestrinin məlumatına görə təkcə Londonda offşor şirkətlər 40 mindən çox daşınmaz əmlaka sahibdir. Bu əmlakın dəyəri on milyardlarla funt sterlinqdir. Və qanun layihəsi təsdiqlənəndən sonra həmin əmlakın böyük qisminin müsadirəsi qaçılmaz olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam