Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Şəkidəki yanğın qəsd idi” - VİDEO

sheki-bazari-yangin«Mövsümə uyğun geyimlər satırdım. Təzəliklə Türkiyədən gödəkcələr gətizdirmişdim. Hamısı kül oldu».

Xeberinfo.com:   Sahib Aslanov Şəki bazarında bir gün əvvəl baş vermiş yanğınadək geyim ticarəti ilə məşğul olub. Deyir, oktyabrın 12-də səhər saatlarında mağaza qarışıq alışan dəri gödəkcələrin tüstüsü hələ də təpəsindən çıxır.

«MAYANI DA İTİRDİM»

Şəkidə yaşayan Sahib indiyədək oradakı müxtəlif ticarət obyektlərində gödəkcə, kostyum satıb. Bazardakı mağazaların icarəhaqqı qane etdiyindən bir müddət əvvəl, özü demiş, şələ-küləsini yığıb gəlib oturub burada…

Sahib Aslanov:

– Allah kasıbı vuranda bədbəxt kasıb dizini yerə qoyanadək əl çəkmir. Əvvəl devalvasiyalar məni dərin quyunun dibinə atdı. Türkiyədən geyimləri ölkə xaricindən dollarla gətirirəm deyə, mayanı da itirdim. Bir də borclanıb gedib mal gətirdim ki, satım, borclardan çıxım. Bu da belə…

– Nədən elə düşünürsünüz ki, yanğın qəsd olub?

– 3 il əvvəl də buranı yandırmışdılar. Adamlara nə qədər zərər dəydi. Adam var, ürəyi dözmədi, partladı. Bu bazar həmişə kimlərinsə arasında mübahisə yeri olub. İndi də kənarda özləri tikdirdikləri bazar var. Neçə vaxtdır gəlib təbliğat aparırdılar ki, yığışıb o bazara köçək. Nə bilim, heç kəs getmirdi, düşünürdüm, camaat gedəndə mən də gedərəm. Əhali bu bazara alışmışdı, yeri də rahatdır, hamının əli çatır.

«10-15 DƏQİQƏYƏ GƏLƏ BİLƏRDİLƏR»

Sahib Aslanov yanğın vaxtı mağazada olmayıb. Deyir, hadisə yerinə gələndə hələ yanğınsöndürənlər gəlib çıxmayıbmış: «Yanğınsöndürənlərlə bazarın arasındakı məsafə çox azdır. Hadisədən uzağı 10, lap uzağı 15 dəqiqə sonra bazarda ola bilərdilər. Ancaq nədənsə, gec gəliblər. Zarafat deyil, 100-dən çox obyekt, bir o qədər də meyvə-tərəvəz piştaxtası yanıb. Bu, bir anda baş verməyib ki…».

«2 SAAT SONRA TÜRKİYƏDƏN ZƏNG VURDULAR»

Şəki bazarındakı obyektlərdən biri isə Salman Əfəndiyevə məxsus olub. Deyir, olacağa çarə yoxdur, ancaq heç olmasa, hökumət kompensasiya ödəsin ki, o da yanan əşyalara görə banklardan götürdüyü kreditləri ödəyə bilsin: «Bir tərəfdən banklar, bir tərəfdən əlfaizinə götürdüklərim, üstəlik də Türkiyədən nisyə yığıb gətirdiklərimin pulu… Yanğından 2 saat sonra Türkiyədən zəng vurdular ki, «abi, keçmiş olsun, bəs pullarımızı necə qaytaracaqsan?».

Oktyabrın 12-də səhər saatlarında Şəki bazarındakı güclü yanğında bazarın böyük bir hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi sahəsi 2 hektar olan «Şəki Bazar» ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteyneri və 20 ədəd satış piştaxtası içərisindəki mallarla bərabər yanıb. İlkin məlumata görə, yanğına səbəb elektrik qısaqapanması olub.

«KOMPENSASİYA ÇƏTİN OLACAQ»

Şəki şəhər İcra Hakimiyyəti ticarətçilərə xeyli zərər dəydiyini təsdiqləsə də, bu zərərin ödənib-ödənməyəcəyi barədə fikir bildirmir. Qurumdan AzadlıqRadiosuna deyilib ki, yanan mağazaların əksəriyyətinin sığortası yoxdur: «Araşdırma aparılır, dəymiş zərər siyahıya alınır, ancaq hələlik, görünən budur ki, sığortası olmayan mağazalara görə kompensasiya məsələsi çətin olacaq».

İcra hakimiyyətindən o da bildirilib ki, bazarın yerləşdiyi ərazi, demək olar ki, şəhərin mərkəzi hesab olunur. Ticarətçilər tərəfindən gigiyenik qaydalara əməl olunmur. Hətta ticarətçilərə dəfələrlə xəbərdarlıq da olunub: «Elektrik naqillərini kim, haradan, necə istədi, çəkib işlətdiyi konteynerə aparıb. Xəbərdarlıqlara məhəl qoymurdular».

AzadlıqRadiosuna danışan ticarətçilərin heç biri mağazanı və satdıqları əşyaları sığortalamayıblar. İndi onlar nisyə yığıb gətirdikləri geyimlərə görə borclarını necə ödəyəcəkləri barədə düşünürlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam