Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir neçə məşhur mağaza bağlandı

closed-sign-in-shop-window

Gəlirlərin azalması və alıcılıq qabiliyyətinin aşağı düşməsi bəzi ticarət və iaşə obyektlərinin fəaliyyətinə mənfi təsir edib.
Xeberinfo.com:  Fins.az-ın məlumatına görə, Bakının bir sıra ticarət və ictimai iaşə obyektləri manatın devalvasiyasından sonra öz fəaliyyətini dayandırıb.

Artıq iri ticarət boş yerlərin sayı artır və şəhərin əsas prospektlərində üzərində “icarəyə verilir” elanları heç kimi təəcübləndirmir. Fins.az-ın verdiyi xəbərə görə, təkcə oktyabr ayında «Port Baku Mall» ticarət mərkəzində yerləşən üç böyük mağaza fəaliyyətini dayandırıb.

Bunlardan biri «TOPSHOP and TOPMAN» mağazasıdır.

2014-cü ilin noyabrın 29-da təmtəraqlı açılış edən bu mağaza ingilis brendli geyimləri ilə məşhur idi. Amma bu il oktyabrın 19-dan fəaliyyətini dayandırıb.
Bundan dərhal sonra, oktyabrın 25-də elə həmin ticarət mərkəzində yerləşən «Suite Blanco», və «Vakko» mağazası da fəaliyyətini dayandırıb.

Ticarət obyektlərinin dayanması digər ticarət mərkəzi olan «Park Bulvar»da da qeydə alınıb. Bu mərkəzdə «Nine West» dükanı da işini dayandırıb.
Ekspertlərin fikrincə, əlbəttə, bu brendlərin ölkədən getməsinin əsas səbəbi satışların aşağı düşməsidir. Eyni zamanda, əslində mass-market təbəqəsi olan bu brendlərin Azərbaycanda premium kimi təbliğ edilməsi də bu mağazaların kütləvi müştərilərin marağından kənar qalması ilə nəticələnib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam