Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yanan bina işi: “Hələ də üzlüyün necə yanması mənə aydın deyil”

 

bina-yangin-19may2015

 

Xeberinfo.com:   Ötən ilin aprelində Bakının Xətai rayonunda 9 mərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məhkəmədə dindirilən Eldar Həsənov belə deyir və əlavə edir: “Hələ də üzlüyün necə yanması mənə aydın deyil”

“Fövəladə Hallar Nazirliyindən (FHN-dən) rəy alınmışdı ki, məhsullar oda davamlıdır. Ancaq bu rəyin necə alındığını bilmirəm”. Ötən il paytaxtın Xətai rayonunda 9 mərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məhkəmədə dindirilən Eldar Həsənovun ifadəsində belə deyilir.

Həmin yanğının səbəbləri xeyli vaxtdır Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Məhkəmə hazırda şahid və zərərçəkmişləri dinləyir.

 

“FHN rəy verib ki, məhsul odadavamlıdır”

Şahid Eldar Həsənov deyir ki, binanın üzlənməsində istifadə olunmuş “poliuretan” məhsulların istehsal edildiyi TNH şirkətində sex müdiri işləyib. İşə qeyri-rəsmi şəkildə götürüldüyünü bildirən E. Həsənovun sözlərinə görə vaxtilə “Bakı Fəhləsi” Zavodunda birlikdə işlədiyi Məmməd Vəliyev vasitəsilə şirkətə gəlib: “O, zavodda direktor vəzifəsində çalışırdı. İş üçün ona müraciıət etdim. Bir müddət sonra məni sexə çağırdı. Bütün işlərimi, sözümü də Məmməd Vəliyevə deyirdim. Mən Xırdalandakı zavodda alət sexinə rəhbərlik edirdim. Sonradan bina üzlüklərinin istehsalına başladıq. Mənim işim sexdə üzlükləri istehsal edib, anbara təhvil vermək idi. Məhsul sexdən sahələrə daşınırdı. Sonra görülən işlərdən xəbərim yox idi. Mən şəhərdə başqa binaların üzləndiyini görmüşəm. Oradan təsəvvür yaranırdı ki, binalar belə üzlənir”.

Dindirmə zamanı şahidin istintaqa ifadələri ilə məhkəmədə dedikləri arasında ziddiyyət olduğu üzə çıxıb. Məsələn, məhkəmədə deyir ki, təqsirləndirilən şəxslərdən Fərid Sadıqovu, sadəcə, işadamı kimi tanıyıb, onu bir neçə dəfə sexdə görsə də, fəaliyyətindən məlumatsızdır. İstintaqdakı ifadəsində isə Fərid Sadıqovu şirkətin rəhbəri kimi tanıdır.

“Direktor Zaur Əşrəfov, direktor müavini isə Məmməd Vəliyev idi. Şirkətə sifarişlər Fərid Sadıqovun şəxsi əlaqələri hesabına gəlirdi. FHN-dən rəy alınmışdı ki, məhsullar odadavamlıdır. Ancaq bu rəyin necə alındığını bilmirəm”.

Şahidin istintaqa ifadəsində binalar üzlənərkən, səhlənkarlğa və “poliuretan” üzlüklərin istehsalında qanunsuzluqlara yol verilməsindən də bəhs olunur: “Üzlük istehsal olunan zaman 50 faiz izosionet, 50 faiz də pulior qatılmalı idi. Ancaq sonradan izosionet 18 faiz artıq qatıldı. Bu istehsal olunan üzlüyün qısa müddətdə bərkiməsi üçün idi. Həm də, yəqin ki, məhsulun maya dəyərini aşağı salmaq istəyiblər. Odadavamlılığı artırmaqdan ötrü üzlüklərə boya da vurulmalı idi. Bu boya üzlüklərin hər iki tərəfinə vurulmalı idi. Ancaq bizim məhsulların bir üzünə – çöl hissəyə vurulurdu”.

E. Həsənov belə bir ifadə vermədiyini, sadəcə, həmin vaxt eynəyi üstündə olmadığından, həmin ifadəni oxumadan imzaladığını bildirib.

“Biz də materialın üstünə benzin tökdük”

O, məhkəmədə binaların üzlənməsində istifadə olunan “poliuretan” məhsulların necə buraxılmasını da ətraflı danışıb: “Dəzgahlar Çindən gətirilmişdi. Çindən gələn mütəxəsis işin necə görüləcəyini, məhsulun hazırlanma prosedurunu izah etdi. O, təxminən bir ay sonra getdi. İki məhsulun – izosionet və pulior maddələrinin qarışığından hazırlayırdıq. Çindən gələn mütəxəsis bu maddələrin yarı-yarıya qarışdırılmasını demişdi. Biz də o qaydada məhsul istehsal edirdik. Məhsulların odadavamlı olduğunu bilirdim. Belə deyilmişdi. Ancaq bunu araşdırmaq mənim səlahiyyətimdə deyildi.

İstehsal etdiyimiz məhsulun yandığını Xətaidə baş verən hadisədən sonra bildim. Biz də materialın üstünə benzin tökdük. Yandırdım, benzin yandı, amma material yanmadı. Hələ də üzlüyün necə yanması mənə yadın deyil”.

“Evdə, hətta qaşıqlar da yanmışdı”

Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Əfrəddin Veysəlov kompensasiyanın azlığından gileylənib: “Bütün ev külə döndü. Divarlar da yanmışdı. Ev təmir edilib, 15 min manat da kompensasiya verilib. Amma mən istəyirdim ki, heç olmasa, 30 min verilsin. Bizim evdə qaşıqlar, pərdələr belə yanıb. Bu məbləğ azdır”.

Məhkəmə oktyabrın 4-də davam edəcək.

Sözügedən yanğına görə 3 nəfər təqsirləndirilən şəxs qismində tanınıb – binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə, faktik, rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlar CM-in 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələr doğuranda) maddələriylə ittiham edilirlər.

Adları çəkilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini deyiblər. Fərid Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, “Astoriya” MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, TNH şirkətinin gerçək rəhbəri Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.

Təqsirləndirilən Nüsrət Muxtarov iyulun 13-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib. Məhkəmə hüquqi varis kimi onun oğlunu tanıyıb və o, atasına bəraət hökmünün çıxarılmasını istəyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam