Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Sovetski"də güclü yanğın:Ölən və yaralanan var

Yasamal rayonunda yanğının baş verdiyi binanın sakinləri təxliyə olunub .

 

Xeberinfo.com:  Məlumata görə, yanğın binanın iki mərtəbəsini əhatə edib. Binada yaşayan sakinlərin hamısı təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər tüstüdən zəhərlənib. Təcilli tibbi yardım briqadasının həkimləri tüstüdən zəhərlənən qadına ilkin tibbi yardım göstəriblər. Onun vəziyyəti hazırda stabildir. 

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

**

17:50

Yasamal rayonunda üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda üçmərtəbəli yaşayış binasında yanğın hadisəsi olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam