Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zabratda 2 nəfəri güllələyən şəxs tutuldu

 

 

Bakının Zabrat qəsəbəsində iki nəfəri güllələyən şəxs tutulub. 

“xeberinfo.com”: Sabunçu Rayon Polis İdarəsindən əldə etdiyimiz  məlumata görə, martın 24-də səhər saatlarında Zabrat qəsəbəsində, 307 saylı orta məktəbin qarşısında ov tüfəngi ilə 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayevi öldürən, 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyevi isə yaralayan Kamil Fərəcov ötən gecə Ağsu rayonu ərazisində saxlanılıb.
Ondan hadisə zamanı istifadə etdiyi ov tüfəngi də maddi sübut kimi götürülüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. 
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən K. Fərəcov qətlə yetirdiyi Y. Musayevin atası Rabil Musayev tərəfindən iki il əvvəl bıçaqlanıb.
Həmin hadisədə R. Musayev K. Fərəcovun qardaşı Rafael Fərəcovun boğazını kəsərək öldürüb.
K. Fərəcov da qisas almaq məqsədi ilə R. Musayevin oğlunu qətlə yetirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam