Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Silahlı insident -Polis əməkdaşı güllələndi

 

Bakıda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

Xeberinfo.com:   İnsident zamanı güllələnərək qətlə yetirilən Malik Muradov polis işçisidir. O, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub. İsgəndər Bəbirov onu ov tüfəngi ilə güllələyib.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***
10:27


Bakıda silahlı insident olub.

Məlumata görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.

İ. Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N. Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Bəbirov tutulub.

İlkin məlumata görə, hadisə namus üstündə baş verib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam