Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Şamaxıda silahlı insident: qardaş qardaşı güllələdi

Şamaxı rayonunda qardaş qardaşını odlu silahla qətlə yetirib.

Xeberinfo.com:   Hadisə bu gün axşam saatlarında Şamaxı şəhərinin Hüseyn Ciddi küçəsindəki 74 saylı evdə qeydə alınıb. 1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı ov tüfəngi ilə qardaşı,1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib. Ağır xəsarətlər alan iki uşaq atası Azər Rəşidov hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, uzun illərdir ki, Rusiyada yaşayan Azad Rəşidzadə bu günlərdə bacısı oğlunun toy mərasimində iştirak etmək üçün Şamaxıya gəlib və ev üstündə dava edərək qardaşını öldürüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən Azad Rəşidzadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam