Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Namus davası: Polis güllələndi -Şok təfərrüatlar

Bakıda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

Xeberinfo.com:   Məlumata görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov keçmiş həyat yoldaşının evinə gedərək əvvəllər Xəzər Rayon Polis İdarəsi 2-ci polis bölməsində işləyən polis əməkdaşı, 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.

Hadisənin qısqancıq zəminində baş verdiyi bildirilir. İ.Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. Nicat Şəbiyevin hadisə baş verən həyətdə fəhlə işlədiyi bildirilir.

Saxlanılan Bəbirovun yaxın qohumunun sözlərinə görə, İsgəndər qətlə yetirilən polis əməkdaşına dəfələrlə onun evinə gəlməməyi tövsiyə edib: "Tanıyırdı həmin şəxsi. Hətta ona xəbərdarlıq da etmişdi ki, çəkil bu yoldan".

Polis idarəsindən hadisənin namus üstündə baş verdiyi, qətlə yetirilən şəxsin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olduğu qeyd olunub.

İlkin məlumata görə, İsgəndər Bəbirov ov tüfəngi ilə həyətə girərək bir neçə atəş açıb. Güllələrdən biri Malik Muradovun baş nahiyəsinə dəyib.

"Qadın da bilirdi ki, İsgəndər hər şeydən xəbərdardır. Hətta Malik İsgəndəri hədələyirdi ki, mən polis işçisiyəm-filan, qanuni tədbir görərəm" - deyə Bəbirovun qohumları bildirib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, saxlanılan İsgəndər Bayraməli oğlu Bəbirov 5 uşaq atasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam