Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

“Qars müqaviləsi ləğv olunsa Azərbaycanın bütün tələbləri yerinə yetiriləcək”

qars lars.jpg

"Moskva müqaviləsinin ləğv edilməsi Azərbaycanla münasibətlərə heç cür pis təsir edə bilməz.Bizim münasibətlərimiz dost-qardaşlıq və mehriban qonşuluq münasibətləridir. Bu münasibətlərin tarixi qədimdir. Hazırda da hər iki ölkənin siyasi rəhbərliyi bu münasibətlərin qorunub saxlanılması üçün çox şey edirlər. Ona görə də, belə bir addım atılan zaman Azərbaycana ziyan gəlməsindən söhbət gedə bilməz".

Xeberinfo.com:  Məlumata görə, bunu apa.az-ın Moskva müxbirinə müsahibəsində Rusiya-Türkiyə arasında 1921-ci ildə imzalanmış "Moskva müqaviləsi"nin ləğvini təklif edən deputatlardan biri, Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkin deyib.

V.Raşkin bildirib ki, onlar "Moskva müqaviləsi"nin ləğvi təklifini Türkiyə rəhbərliyini danışıqlar masasına oturtmaq üçün ediblər: " Üçüncü ölkənin, xüsusən də Azərbaycanın bu müqavilənin ləğvindən əziyyət çəkməsinə heç bir halda imkan vermərik, bu, mümkün də deyil. Hesab edirəm ki, əgər müqavilə ləğv olunsa, təbii ki, qarşılıqlı sərfəli şərtlərlə Azərbaycanın bütün tələbləri yerinə yetiriləcək".

O, Dövlət Dumasının deputatları tərəfindən hazırlanan bütün təkliflərə baxılmasının tələb olunduğunu da qeyd edib:

"Ən azı siyasi rəhbərlik tərəfindən bu təkliflər müzakirə olunmalıdır. Yekun qərarın qəbul edilməsi ilə bağlı bircə məqamı qeyd etmək istəyirəm. "Moskva müqaviləsi"nin ləğvi ilə bağlı qərar bütün maraqlı tərəflərlə məsləhətləşmələr aparıldıqdan sonra verilə bilər. Bütün maraqlı tərəflərlə məsləhətləşmələr aparılmadan heç bir qərar qəbul olunmayacaq. O cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılmalıdır".

O, "Müqavilənin ləğvi Rusiya nə vəd edir" sualına isə belə cavab verib:

"Bütün danışıqlarda ərazi iddiaları məsələsi hər zaman olub. Bu ərazi iddialarının tarixi kökü mövcuddur. Ona görə də ərazi iddiaları müqavilənin ləğvi ilə bağlı prosesdə ən axırıncı müzakirə olunacaq məsələdir. Biz "Moskva müqaviləsi"nin ləğvi ilə bağlı təklifimizlə Türkiyə rəhbərliyinin, prezident Ərdoğanın diqqətinə çatdırmaq istəyirik ki, onlar Rusiyanı ikinci dərəcəli ölkə hesab etməklə böyük səhv ediblər".

Deputat hesab edib ki, bu müqavilə ilə bağlı müzakirələr Rusiya və Türkiyə hökumətlərini masa arxasında oturub, münasibətlərdə yaranan böhranın aradan qalxması üçün iş görməyə sövq edəcək:

"Bu, Rusiya-Türkiyə arasında müharibəyə səbəb olmayacaq, əksinə, biz bununla danışıqlar prosesinə başlayacağıq".

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatları -  Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sovet Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər.

Onlar bununla bağlı prezident Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrova müraciət ünvanlayıblar.

Moskva müqaviləsi Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir. Müqavilənin şərtlərinə əsasən, Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alır. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (müddətsiz) imzalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam