Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

"Moskva lazım olanı etməlidir ki, bu qərar ləğv olunsun" -Sergey Markov

sergey-markov

 

“ÜAK-ın ləğvi ilə bağlı qərarın mənfi nəticələri olacaq”

“Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərarı səhv addımdır. Bu qərarın mənfi nəticələri mütləq olacaq”.

Yenixeber.org:   Bu sözləri APA-nın Moskva müxbirinə müsahibəsində tanınmış rusiyalı politoloq, Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

O bildirib ki, ÜAK Rusiyada yaşayan yüz minlərlə azərbaycanlını öz ətrafında birləşdirir: “Həmin azərbaycanlılar Rusiyaya münasibətdə çox loyal və vətənpərvər mövqedədir. Onlar hər zaman Rusiya prezidenti Vladimir Putini dəstəkləyiblər. Ona görə də, Rusiya bu addımı atmamalı idi. Məncə, Moskva lazım olanı etməlidir ki, bu qərar ləğv olunsun. Ümumrusiya Azərbaycan Konqresinə normal fəaliyyət göstərmək üçün şərait yaradılmalıdır”.

Politoloq ÜAK-ın qeydiyyatının ləğv edilməsinin mümkün səbəblərinə də toxunub: “Bunlardan birincisi ÜAK-ın sənədlərində olan problemlərdir. Hansı ki, Rusiya Ədliyyə Nazirliyinin iddiasında öz əksini tapıb. İkinci səbəb diaspor daxilində baş verən proseslərdir. Üçüncü səbəb isə ÜAK-ın kimin patronajlığı altında olmasıdır. Məncə, Bakı və Moskva bu məsələdə pariteti saxlamalıdır. Ən mühüm mümkün səbəb isə Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsini istəyən qüvvələrin fəaliyyətidir. Rusiyada Moskva-Bakı münasibətlərinin pisləşməsini istəyən qruplaşmalar mövcuddur. Əminəm ki, bu qruplaşmalar ÜAK-ın qeydiyyatının ləğvi məsələsinə öz böyük töhfələrini veriblər”.

Ekspert Konqresin ləğvini böyük səhv adlandırıb: “Fikrimcə, ÜAK-ın qeydiyyatının ləğv edilməsi böyük səhvdir. Bu qərar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının ruhuna uyğun deyil və ikitərəfli münasibətlərə kölgə salır. Məncə, iki dövlətin başçıları arasında qarşılıqlı inamın və dostluq münasibətlərinin olması problemin konstruktiv həllinə kömək edə bilər”.

S. Markov Moskvanın bu istiqamətdə bundan sonra hansı addımları atacağını güman etməyin çətin olduğunu söyləyib: “Çünki siyasi proses qapalı şəkildə gedir. Lakin ümid edirik ki, ÜAK-la bağlı qərar ləğv ediləcək. Dövlət başçıları arasındakı münasibətlər buna ümid etməyə imkan verir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam