Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

RUSİYA QARS MÜQAVİLƏSİNİ LƏĞV EDİR!?

1324061152_2_nahichevan

Rusiya Dövlət Dumasının deputatları 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər.

Xeberinfo.com:   Məlumata görə, Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov bununla bağlı prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıblar.

Müraciətdə Ankara tərəfindən Moskvaya qarşı aqressiv siyasi xətt yeridilməsi əsas gətirilərək müqavilənin ləğvinə dair çağırış yer alıb: “Hazırda Türkiyə tərəfindən aqressiyanın artdığı halda ölkəmiz və müttəfiqlərimiz üçün yararsız olan sənədin hüquqi cəhətdən yenidən nəzərdən keçirilməsi zəruridir. Ankara anlamalıdır ki, münaqişənin bu cür eskalasiyası nə ilə nəticələnə bilər. Yalnız bu, onu yeni təxribatlardan yayındıra bilər. Bununla bağlı Türkiyə hakimiyyətinə xatırlatmaq lazımdır ki, dostluq və qardaşlıq haqqında Moskva razılaşması əbədi deyil”, – deyə müraciətdə qeyd edilir.

“Ədalətli Rusiya naminə” partiyasından olan deputatlar da həmkarlarının bu təşəbbüsünü dəstəkləyiblər.

Müraciətdə o da qeyd olunur ki, Cənubi Qafqaz respublikalarından ikisi- Gürcüstan və Ermənistan razılaşmanın tələblərini ədalətsiz hesab etdiyi üçün sənədi tanımır:“Ermənistan Moskva razılaşmasının icrasını nəzərdə tutan Qars razılaşmasını tanımır, Gürcüstanın Ali Şurası ilə 2005-ci ildə onu ləğv edib”.

Qeyd edək ki, 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Müqavilənin şərtlərinə əsasən Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alır. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (müddətsiz) imzalanıb.

Apa


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam