Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

"Bakı Mərkəzi Bazar"dakı ölüm işi istintaqdan necə gizlədilir?

 

Xeberinfo.com:   «Azadlıq» hələ ötən il “Bakı Mərkəzi Bazarı” MMC-nin ərazisində baş vermiş bir dəhşətli hadisə barədə məlumat vermişdi. Məlum olurdu ki, 2014-cü ilin fevralın 1-də günorta saatlarında Bakının Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin daxilində qanunsuz fəaliyyət göstərən və Vaqif Şıxəliyev adlı iş adamına məxsus “Bakı Mərkəzi Bazarı” MMC-nin ərazisində qanlı hadisə törədilmişdir. Nəticədə buradakı qanunsuz tikilidən bir nəfərin başına daş düşərək öldürmüşdür.  Diqqəti çəkən bu idi ki, ortada konkret ölüm faktı olduğu halda (bu barədə KİV-lər həmin dövrdə hərtərəfli araşdırma aparmışdı və geniş yazı dərc olunmuşdu) Nəsimi rayon Prokurorluğunda ölüm faktı üzrə cinayət işi başlanılmamışdı. Niyə? Axı Azərb. CPM-nin tələblərinə görə, fakt üzrə cinayət işinin başlanması üçün həm də KİV-lərin məlumatları əsas sayılır. Qanunun 46-cı maddəsində məhz belə də yazılır: “Maddə 46. Cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri

46.1. İctimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır.
46.2. Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər”.
«Azadlıq» həmçinin hadisə baş verəndən az sonra da yazmışdı ki, burada şəriklərdən digəri Vaqif Şıxəliyevə məxsus “Bakı Mərkəzi Bazar” MMC-nin ərazisində aparılan qanunsuz tikilən yeni obyektin 3-cü mərtəbəsindən ağlay üzlük daşı bazardan keçən Bakı şəhər sakini, Mais Cəbrayılov adlı şəxsin başına düşmüş, nəticədə onun başı deşilmiş, zərbədən huşunu itirən zərərçəkən yerə yıxılmışdır. Ölümcül vəziyyətdə olan zərərçəkən hadisə şahidlərinin köməyi ilə dərhal Təcili Tibbi Yardım Xəstəxanasına (“Semaşko”) aparılmışdır. Az sonra Mais Cəbrayılov dünyasını dəyişmişdir. Bu barədə həmin vaxt KİV-də məlumatlar dərc olunmuşdur və təbii ki, Bakı şəhər Prokurorluğu, Nəsimi rayon Prokurorluğu, Daxili İşlər Nazirliyi bu hadisədən xəbərdar idi.

Bundan əlavə, məlumatdan əz sonra “Space” TV-də qanlı hadisə barədə geniş sujet də verilmişdir, ağır vəziyyətdə olan M.Cəbrayılovu qəbul etmiş və reanimasiyaya yerləşdirmiş həkim (şöbə müdiri) müsahibə vermiş, hadisə barədə KİV-lərdə məlumatlar dərc olunmuşdur. Amma ən dəhşətlisi bundadır ki, Nəsimi rayon Prokurorluğu hələ də bu məsələdə susur.

Sahibkar Vaqif Şıxəliyev “Space”in əməkdaşlarını necə aldatmışdı?

Ölümə səbəb hadisə günü “Space” telekanalında ağır vəziyyətdə olan Mais Cəbrayılovla bağlı sujet göstərildi. Məlum olurdu ki, TV əməkdaşlarına əvvəlcə yaralı kimi göstərilən şəxs heç də Mais Cəbrayılov deyilmiş (Aşağıda həmin video-sujet təqdim olunur). Həmin şəxs bazardakı qanunsuz tikilidə çalışan fəhlə Güloğlan Rəhmanov adlı şəxsdir.

Sonradan o da məlum olmuşdu ki, sən demə, həmin tikinti qanunsuz olduğundan bazarın məsul işçiləri TV əməkdaşlarının hadisə yerinə gəlməsi xəbəri eşidəndə dərhal burada fəhlə işləyən Güloğlan Rəhmanovu yerə yıxıb başına daş düşdüyü deyilən şəxs kimi təqdim edibdir. Fəhlə işləyən Güloğlan Rəhmanov da özünü TV əməkdaşlarına Mais Cəbrayılov kimi təqdim edərək açıqlama verib ki, guya burada elə hadisə baş verməyib, o, sadəcə, huşunu itirib qəfil yerə yıxılanda başı qanayıb… Amma sonradan Mais Cəbrayılovu əməliyyat edən cərrah Əmralı Yusifov (şöbə müdiridir), növbətçi həkim Nicat Məmmədov TV əməkdaşına yaralının ölümcül vəziyyətdə olduğu barədə müsahibə verib. Sonradan Mais Cəbrayılov dünyasını dəyişmişdir və çox təəssüflər olsun ki, Nəsimi rayon Prokurorluğu nəinki həmin dövrdə, heç sonralar da bu ölüm işinə görə kimsəni dindirməyib, cinayət işini, necə deyərlər, Mais Cəbrayılovun ölümünə səbəb olan daşın altına qoyub susub.

«Azadlıq»a neçə gün əvvəl daxil olmuş şikayət məktubu və ona əlavə olunmuş bəzi sənədlərdən məlum olur ki, ölüm faktına səbəb “Bakı Mərkəzi Bazar” MMC-də aparılan qanunsuz tikilidir. Hansı ki, həmin qanunsuz tikili ilə bağlı Nəsimi rayon Məhkəməsinin müvafiq qərarı da olmuşdur və tikilinin (bazarın) sahibi Vaqif Şıxəliyevə bu barədə sərəncam da verilmişdir. Və hətta məlum qanlı hadisədən az əvvəl məhkəmə icraçıları Vaqif Şıxəliyevə qanlı hadisə baş verən tikintinin hələ yarımçıq olduğu vaxt tikintini könüllü dayandırmaq barədə 10 gün vaxt vermişdi. Lakin Vaqif Şıxəliyev məhkəmə qərarına məhəl qoymadan tikintini davam etdirərək davam etdirmişdir (həmin məhkəmə qərarı və icra tapşırığı redaksiyamızdadır). Əlbəttə, bu tikintinin başa çatdırılması həm də məhkəmə icraçılarının hərəkətsizliyinin məhsulu idi. Bundan əlavə, həmin tikintiyə Nəsimi rayon RİH tərəfindən sərəncamın verilməsi də qanunsuz hərəkət idi, çünki tərəflər arasındakı barışıq sazişi icra edilmədən həmin ərazidə tikintinin aparılmasına icazə verən sərəncam imzalana bilməzdi. Bu qanunsuz sərəncam isə ortadakı münaqişəni daha da alovlandırmışdı. Hətta həmin dövrdə ölüm işi ilə bağlı təhqiqat materialları prokurorluğun müstəntiqi Elşad Hüseynovun icraatına verilmişdi. Nəsimi rayon prokurorun köməkçisi Şəbnəm İbrahimova isə həmin dövrdə KİV-ə hadisə barədə açıqlama da vermişdi.

Bundan əlavə, Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri
Qabil Qasımov verilmiş sorğu ilə bağlı KİV-lərdən birinə aşağıdakı məzmunda rəsmi cavab vermişdi:

«01 fevral 2014-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin qonşuluğundakı “Bakı Mərkəzi Bazarı” MMC-nin ərazisində qanunsuz tikilən yeni obyektin 3-cü mərtəbəsindən aqlay üzlük daşının yoldan keçən Mais Cəbrayılovun başına düşməsi nəticəsində sonuncunun xəsarət alması ilə bağlı araşdırmanın qeyri-obyektiv aparılması barədə 05 fevral 2014-cü il tarixli müraciətinizə Baş Prokurorluqda baxılmışdır. Müəyyən edilmişdir ki, müraciətinizdə göstərdiyiniz xüsusatlar üzrə Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırmanın gedişatı Baş Prokurorluq tərəfindən nəzarətə götürülərək, obyektiv, tam və hərtərəfli aparılması barədə göstəriş verilmişdir. Hazırda material üzrə araşdırma davam etdirilir, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir».

Və artğıq iki ilə yaxındır ortada hüquqi nəticə yoxdur. O mənəada ki, araşdırma aparılıbsa, bu nə qədər çəkməlidir? İki ilmi? Və CPM-nin tələbləri doğrudanmı belə «tələb edir»?
Amma redaksiyamıza daxil olan məlumatlarda sahibkar V.Şıxəliyevin bazarında baş vermiş qanlı hadisə və ölüm işi ilə bağlı Nəsimi rayon Prokurorluğunda fakt üzrə iki ildir cinayət işinin başlanılmamasının əsil səbəbləri barədə maraqlı faktlar açıqlanır. Mənbə yazır ki, «…Vaqif Şıxəliyev Heydər Əliyevin 20 avqust 1993-cü il tarixli fərmanı ilə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilib və Heydər Əliyevin 14 avqust 1995-ci il tarixli digər bir fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb… Təxminən iki il bu vəzifədə duruş gətirmədi. Amma onun hüquq mühafizə orqanlarında olan dəstəkçiləri bu cinayət işinin başlanılmasına imkan vermir. Bura Nəsimi RPİ-nin rəisi və Nəsimi rayon prokuroru daxildirlər… Ümumiyyətlə, Şıxəliyevlərin MTN – lə əlaqələrinə dair çox maraqlı faktlar var. Məsələn, Azərbaycan MTN 2012-ci ildə Vaqif Şıxəliyevin qardaşı oğlu Nurəli Şıxəliyevi narkotik qaçaqmalçılığına görə həbs etdi. Həmin rəsmi məlumat MTN-nin bu gün də rəsmi saytında var. Təsəvvür edirsinizmi, Nurəli Şıxəliyev 20 kq-dan çox narkotikə görə bir necə aydan sonra buraxıldı… Azərbaycanın təkcə polis orqanlarında Şıxəliyev soyadını daşıyan 10-dan çox şəxs çalışır. Məsələn: V.Şıxəliyevin qardaşı Mirəli Şıxəliyev DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin tabeliyində olan Sumqayıt «MERO»nun rəisidir. Digər qardaşı Vidadi Şıxəliyev uzun illərdir Sabirabadda Yol Polisi Bölməsinin rəisi olub, sonradan təqaüdə çıxıb. Digər qardaş Füzuli Şıxəliyev hazırda Beyləqan RPŞ-nin rəisidir (keçmiş MTN naziri Eldar Mahmudovla DİN-də bir yerdə çalışıblar). Rəis Füzuli Şıxəliyevin oğlu Hacalı Şıxəliyev Saatlı RPŞ-də təhqiqatçıdır. Vaqif Şıxəliyevin oğlu Anar Şıxəliyev Binəqədi rayon RPİ-nin 5-ci polis bölməsinin rəisidir. Onun əmisi oğlu Tural Şıxəliyev Rusiyada Polis Akademiyasını bitirib, polis orqanlarında yeni vəzifəyə təyin olunub. Onun qardaşı Sahil Şıxəliyev Saatlı RPŞ-də CAB-ın baş əməliyyatçısıdır. Onun da əmisi oğlu Fuad Şıxəliyev Beyləqan RPŞ-də polis əməkdaşıdır. Onun digər əmisi oğlu Asif Şıxəliyev isə Nərimanov rayon Prokurorluğunda prokuror köməkçisidir. O, MTN-nin 2012-ci ildə narkotiklə həbs olunmuş Nurəli Şıxəliyevin qardaşıdır… Eldar Mahmudov Vaqif Şıxəliyevin oğlu Elmar Şıxəliyevi MTN-də məsul vəzifəyə də təyin etmiş, bir müddət sonra Eldar Mahmudov bu qədər yaxın münasibətə baxmayaraq Elmar Şıxəliyev MTN-dəki vəzifəsindən uzaqlaşdırmışdı və hazırda o, Daşkəsənin icra başçısı Əhəd Abiyevin köməkliyi ilə  Daşkəsən RİH-də hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib. İndi siz deyin, hüquq mühafizə orqanlarında bir soyadı daşıyanların bu qədəri çalışırsa, Nəsimi rayon Prokurorluğunun baş vermiş ölüm hadisəsinə görə niyə iki ildir cinayət işi başlamaması aydın deyildirmi? Amma bu zahirən belə təsəvvür yaradır. İnanırıq ki, Azərbaycanda qanunlar işləyəcək və qeyd edilən qan batırılmayacaq».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam