Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“Təzə bazar” rusiyalı milyarderə satıldı


Bu günlərdə Vergilər Nazirliyinin saytında yerləşdirilmiş elana görə, Bakının Nəsimi rayonunda fəaliyyət göstərən “Təzə bazar” MMC-nin ləğv edilməsi prosesinə başlanılıb.

Yenixeber.org:  Həmin MMC Bakıda eyni adlı məşhur bazarın mülkiyyətçisi idi.
Bəs “Təzə bazar” MMC-nin ləğvinin səbəbi nədir? Bakının bu məşhur bazarı fəaliyyətini dayandırır?
Virtualaz.org məsələni araşdırıb və məlum olub ki, “Təzə bazar” bu yaxınlarda mülkiyyətçisini dəyişib, bazar Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı milyarderə satılıb. Bazar Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı milyarder Qod Nisanova satılıb. Sövdələşmənin təfərrüatları isə məlum deyil. Xatırladaq ki, Qod Nisanov Rusiyanın daşınmaz əmlak kralıdır. 

199438_src

“Təzə bazar”ın adı mətbuatda dəfələrlə qalmaqallarla bağlı çəkilib. Belə ki, bazarın keçmiş sahibi, iş adamı Məmmədağa İbrahimovla şəriki – “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi, Sabirabad rayonun keçmiş icra başçısı Vaqif Şıxəliyev arasında uzun müddətdir ki, mülk davası gedirdi. Hətta bu yaxınlarda Məmmədağa İbrahimov mətbuata açıqlamasında özünün və ailəsinin şəriki tərəfindən təhdid edildiyini bildirmişdi.
İş adamı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək, özünün və ailəsinin şəriki tərəfindən ölümlə hədələndiyi haqda məlumat vermişdi. Bundan əvvəl isə dəfələrlə Şıxəliyevin adamları ilə İbrahimovun adamları arasında münaqişələr, kütləvi qarşıdurmalar baş verib. Habelə bazarda bu ilin aprelində müəmmalı yanğın hadisəsi olub.
Nəhayət bu mübahisəli bazar mülkiyyətçisini dəyişib və aldığımız məlumata görə yeni mülkiyyətçi artıq bazarın məsul işçilərini dəyişib, yenilərini təyin edib. Lakin yeni sahibkarın bazarla bağlı gələcək planları məlum deyil. Bəzi şaiyələrə görə bazar söküləcək və yerində yeni, daha müasir bazar tikiləcək.

Məmmədağa İbrahimov

Məmmədağa İbrahimov

Virtualaz.org bazarın keçmiş sahibi Məmmədağa İbrahimovla əlaqə saxlamağa çalışıb. Məlum oldu ki, bazar satılandan sonra iş adamı telefon nomrələrini dəyişib və “əhatə dairəsində” deyil. Buna görə də, onunla ünsiyyət yaratmaq mümkün olmadı.
Xatırladaq ki, “Təzə bazar” 2000-ci ilin əvvəlində səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra Səhmdar Cəmiyyət ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb. “Təzə bazar” Bakı şəhərinin ən qədim bazarlarından biri hesab edilir.
Qeyri-rəsmi məlumata görə bazardan hər ay icarə haqqı şəklində 300 min manata yaxın vəsait yığılırdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam