Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“ODUNDAĞ” YÜKSƏKLİYİNDƏN GÖNDƏRİLƏN MESAJ

 

İSTEHKAMLARDA  ZAKİR HƏSƏNOV MODELİ VƏ BİR SİLUET

 

Xeberinfo.com:  Ermənistanın apardığı işğalçılıq müharibəsi nəticəsində ortaya çıxan Dağlıq Qarabağ probleminin həlliylə bağlı verilən proqnozlar, rəy və təkliflər artıq ictimai fikri də aktiv şəkildə özünə cəlb edib. Sirr deyil ki, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsində həlledici proseslərin dondurulması Azərbaycanın problemlərlə üz-üzə qalmaq təhlükəsindən başqa bir şey deyildi. Havadarlarının köməyilə buna nail olmağa çalışan Ermənistanın atdığı addımlar fonunda bu təhlükəni zamanında bir anons kimi qəbul edən Ali Baş Komandan siyasi müstəvidə olduğu kimi iqtisadi və hərbi müstəvidə də qabaqlayıcı tədbirlər planını işə saldı. Heç kəsin gözləmədiyi bir halda ZAKİR HƏSƏNOVun müdafiə naziri postuna gətirilməsi də bu qəbildən idi.

Müharibə şəraitində yaşayan məmləkətin ordusunda korrupsiyanın, rüşvətin, baxımsızlığın  baş alıb getməsi dolayısı yolla əsgərin vətənə inancı və vətəndaşın əsgərə güvəncini heçə endirməyə hesablanmış bir  variantdır. Çox təəssüflər olsun ki, keçmiş müdafiə naziri Səfər Əbiyev zamanında cəmiyyətin belə bir variantla üz-üzə qalması günün reallığına çevrilmişdi.  Hərbi xidmətdə və hətta çağırışlar zamanı belə cövlan edən xaotik durum cürbəcür mənfi tendensiyaları stimullaşdırmaqla yanaşı həm də maraqlı qüvvələrə cəmiyyətdaxili təbəqələşmə ilə bağlı gizli eskiz təqdim edirdi. Və bu eskizin mahiyyətində ölkəiçi narazılıqların baş qaldırması üçün katalizator rolu oynayacaq bir situasiyanın yetişdirilməsiylə bağlı  zəmin dayanırdı. Millət döyüşə biləcək ordu anlamının gerçəkliyinə inanmırdı, sırınan yalanlarsa qəbul edilmirdi. Və bütün bunların “memarı” şübhəsiz ki, keçmiş müdafiə naziri kimi Səfər  Əbiyev və onun yarıtmaz komandası olub.

Dövlətçiliyimizin qorunub saxlanılmasına görə içdiyi hərbi andı unudan güc nazirliyinə belə bir acınacaqlı durumda ZAKİR HƏSƏNOVun gətirilməsinə cəmiyyət  arzu olunan sıcaq münasibət göstərmədi.  Onu da sıradan biri hesab etdilər. Ancaq qısa zaman kəsiyində Müdafiə Nazirliyində intensiv xarakter daşıyan müsbət addımların atılması sonucda cəmiyyətin Zakir Həsənov faktoruna daha diqqətlə yanaşmasını stimullaşdırdı. Bu adam Səfər Əbiyevin formalaşdırdığı orduyla cəmiyyət arasında olan süni baryerləri dağıdaraq şəffalıq nümayiş etdirdi, “yaradılan şərait”in mif olmadığını apaydın bir şəkildə onlara güvənən ictimaiyyətə təqdim etdi. Həsənov paralel şəkildə Əbiyevsayağı eyforiya düşgünü olmadığından güc nazirliyinin məramına, məqsədinə və xarakterinə uyğun olaraq  öz fəaliyyət  koodinatlarını da düzgün seçməklə müəyyən mənada məxfiliyin qorunub saxlanılmasını təmin edə bildi. Digər bir tərəfdən, ermənilərə havadarlıq edən Rusiya hərbi kontinentini daha yaxından tanıyan birisi və hansısa monopolist qruplaşmada adının hallanmaması Zakir Həsənovun bu posta gətirilməsində katalizator rolu oynayıb desək, yəqin ki, yanılmarıq.  Səfər Əbiyevin məmur qiyafəsi qarşılığında Zakir Həsənovun hərbi mundiri cəmiyyətimiz üçün nə qədər  cəbedici görünürdüsə, düşmənlərə  də bir o qədər qorxu saçmağa başladı. Bütün bunları çox gözəl bilən Zakir Həsənov vəzifəyə gəlişiylə cəmiyyətə sanki bir model təqdim etdi – Zakir Həsənov modeli.  Yuxarıda sadalanan nisbi təqdimatın bəzi nüanslarısa bu modelin tərkib hissələrindən idi.

 

SƏFƏR ƏBİYEV VƏ ONUN KOMANDASI MİLLİ DÜŞÜNCƏNİ KORŞALTMIŞDI

 

Maraqlıdır ki, aparılan müşahidələr də göstərdi ki, cəmiyyətin özü sanki belə modellərin təqdimatına hamilə imiş. Gəldiyi gündən fəaliyyətində ordunun döyüş hazırlığının arzu olunan səviyyəyə çatdırılacağını fəaliyyətində əsas prioritet kimi göstərən Zakir Həsənov paralel olaraq güc nazirliyində özünə yuva qurmuş korrupsiyalaşmış çetenin də darmadağın edilməsini  vacib addım kimi qiymətləndirdi. Təkcə qiymətləndirmədi, əməli olaraq bu istiqamətdə konkret addımlar da atdı. Səngərlər gəzdi, əsgərlə bir yatıb, bir durmanın, əsgərlə bir yeyib, bir içmənin, əsgərlə Vətən uğrunda öldürməyin dadını çıxardı.  Və beləliklə, beyinlərdə korşaldılmış milli düşüncə bir az silkələndi, özünə gəldi. Sosial şəbəkələrdə hər bir kəs Ali Baş Komandana Zakir Həsənov seçimini etdiyi üçün  təşəkkür etdi. Zakir Həsənov da öz növbəsində həm Ali Baş Komandanın, həm də ona ümidlə baxan millətin inamını qısa bir zamanda gerçəkləşdirə bildi.  Əməliylə sübut etdi ki, Səfər Əbiyevdən tam fərqli olaraq tutduğu vəzifənin Ona ehtiyacı var imiş. Səfər Əbiyevlərinsə tutduqları yerə ehtiyacları var imiş ki, öz korporativ maraqlarını, monopolist düşüncələrini  gerçəkləşdirə bilsinlər. Həsənov indiki nazirlər işərisində tutduğu YÜKSƏKLİYİ haqq edən yeganə komutandır ki, xalq içərisində ona olan sevgi və inam sonsuzdur.  Çünki Onun da Azərbaycan Əsgərinə olan sevgisi və inamı sonsuzdur.  Orduya gətirdiyi yeniliklər də bunu deməyə əsas verir.

 

İKİLİ STANDART VƏ TƏRSİNƏ ŞİLLƏ

Əsgərin yaxasından mətbəx döşlüyünü açıb əlinə silah verib gündəlik taktiki təlimlərə cəlb etməklə Zakir Həsənov döyüşə hazır ordunun Qələbə Paradını keçirdi.  Və bununla da ötən zaman kəsiyində Azərbaycana münasibətdə ikili standartlarla çıxış edən beynəlxalq təşkilatların təminat verdikləri statusu əldə etməyə çalışan ermənilərə tərsinə şillə vurdu.

Heç kimə sirr deyil ki, beynəlxalq təşkilatların mövqeyində daha çox ermənilərin maraqları təmin olunmaqdadır ki, bu da böyük dövlətlərin regionda öz münasibətlərini razılaşdırılmış müstəviyə keçirmək cəhdiylə bağlıdır.  Zakir Həsənovun vaxtaşırı xidməti açıqlamaları fonunda  həmin formula yeni əhəmiyyət kəsb etməyə başladı – Azərbaycan kimin necə düşünməsindən asılı olmayaraq Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını son qarışına qədər almaqda israrlıdır və bunun həlli yollarında əsas söz sahibi Azərbaycan Əsgərinin özüdür. Ortaya qoyulan təqdimatlarda cəmiyyətin Zakir Həsənovla vahid mövqeyi  aydın bir şəkildə öz əksini tapdı. Ali Baş Komandanın etibar etdiyi yeni müdafiə naziri Ermənistan-Azərbaycan müharibəsi prizmasında Qarabağ məsələsinə yanaşmanı müəyyən qüvvələrin inhisarından çıxarmaqla ümümmilli düşüncə kontekstində əsas zərbə qüvvəsinin ordu olacağıyla bağlı kəskin mövqe ortaya qoyuldu. Artıq cəmiyyət  ATƏT-lərə deyil, öz ordusuna güvənməyə başladı, öldürülən ruhun dirçəldilməsi prosesi başlanıldı. Və proses uğurla davam etdirilərək də tamamlandı.

 

DÜNYA “ERMƏNİSTAN”  ADLANDIRILAN ƏRAZİNİ HANSI SƏRHƏDLƏR ÇƏRÇİVƏSİNDƏ TANIYIB?

 

Avropa Şurasının “tərəflər münaqişənin ancaq dinc vasitələrlə nizama salınmasında maraqlı olmalıdırlar və güc tətbiq edilməsindən imtina edilməlidir” tələbi də Zakir Həsənov tərəfindən özünəməxsus tərzdə cavablandırıldı. Atəşkəsin mütəmadi olaraq ermənilər tərəfindən pozulmasına münasibətdə Həsənovun “təmas xəttində uçan, qaçan, sürünən nə varsa, dərhal məhv edilməsinə, zərərsizləşdirilməsinə əmr vermişəm”, “qırın bu oğraşları!” formatında mövqe sərgiləməsi ona yumruq silkələyən düşmənə əzələ nümayişi idi. Elə bu günlərdə “Ödundağ” yüksəkliyinin götürülməsilə bağlı yaranan ajiotaj da bu qəbildəndir. Hər bir dövlətin öz ərazilərini qorumaq üçün suveren hüquqları olduğu kimi beynəlxalq birliyin tamhüquqlu üzvü kimi məhz bu kontekstdə addım atır. Buna görə hansısa AŞ PA iclasları öncəsi formatı gündəmə gətirib atılan addımı “səhv gediş” kimi dəyərləndirmək yenə də susqunluğa sürükləməkdən başqa bir şey deyil. Torpağımıza sahib çıxnaq haqqımıza görə heç kimin bizi ittiham etmək hüququ yoxdur. Bizi ittiham edənlərə “dünya Ermənistanı hansı sərhədlər çərçivəsində tanıyıb?”  sualını ünvanlamaq yetər. Müdafiə naziri həm də bununla birbaşa BMT Qətnamələrinə münasibətdə susqunluq nümayiş etdirən “dünya birliyi”nə açıq mətnli mesay göndərdi. Bu mesayın fakturasında dayanan əsas məqam da ondan ibarət idi ki, eşidin, bilin, Azərbaycan yal verdiyiniz Ermənistandan fərqli olaraq kiminsə forpostu deyil, tam müstəqil siyasət yürüdən bir türk dövlətidir və öz ərazilərini hər nə olursa-olsun, heç kimə güzəştə getməyəcək – öncə sülh danışıqları, yox əgər erməni tərəfi buna məhəl qoymazsa onda silahların diliylə danışılacaq. Həsənov bu mesajıyla nəyin bahasına olursa-olsun torpaqlarımızı silah gücünə azad edə biləcəyimizi  həm düşmən, həm də onlara yal verən qüvvələrə apaydın bir şəkildə ortaya qoydu. Millət bir daha öz gücünə inandı.

 

ZAKİR HƏSƏNOVA VİRTUAL HÜCUM VƏ ÖTÜRÜLƏN XAMMAL

 

Azərbaycanın taleyüklü problemi olan Dağlıq Qarabağ məsələsində qardaş və dost  dövlətlər kimi Türkiyədən, Pakistandan mənəvi hərbi dəstək alması dövlətimizə və millətimizə verilən dəyərin göstəricisidir. Ali Baş Komandanın məqsədyönlü şəkildə apardığı siyasi müzakirələr bu dəyəri stimullaşdıran faktorlardır.  Öz növbəsində “düşməni darmadağın etməyə tam hazırıq!” deməklə millətdə özünəgüvənlik hissinin oturuşmasını təmin edən müdafiə naziri Zakir Həsənov da əslində bununla Ali Baş Komandan qarşısında sanki bir hesabatla çıxış etdi. Ötən  2015-ci ilin Ali Baş Komandan tərəfindən “Silahlı Qüvvələrdə Döyüş Hazırlığı İli” kimi elan olunması,  Ali Baş Komandanın birbaşa əmrləri, təlimatları çərçivəsində “TurAz Qartalı 2014”, “TurAz Şahinləri 2015” hərbi təlimlərin təşkili və keçirilməsi müdafiə nazirinin yüksək hərbi keyfiyyətləriylə yanaşı həm də gözəl təşkilatçılıq, inzibatçılıq xarakterinə bir ayna tutdu.

Zakir Həsənov həm də “Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi”ni leksikonumuzdan çıxarmaqla faktı olduğu kimi dünyaya çatdırdı. Faktsa bundan ibarətdir ki, baş verənlər elan olunmamış Ermənistan-Azərbaycan müharibəsidir ki, bunun da nəticəsində Azərbaycan torpaqları işğal olunub, erməni lobbisinin maliyyələşdirdikləri  Qərb dünyasısa  Azərbaycanı üyütməyə hazır olan bir dəyirmandır. Bu, Həsənovun siyasətin incə gedişlərindən də diplomatcasına yararlana bilmək bacarığından xəbər verirdi.   

Təbii ki bütün bunları görən və görüb də analiz edən əks tərəf müharibələrdə dağıdıcı, sarsıdıcı rol oynayan informasiya faktorundan maksimum yararlanmaq üçün Zakir Həsənovu bir hədəf olaraq öz gizli şəbəkələrinə təqdim edib. Virtual qaydada Həsənova münasibətdə mümkün olan və olmayan rıçaqlar işə salınıb. Bununla erməni dəyirmanına su tökmək istəyənlər bəlkə də əməllərinin mahiyyətindən belə xəbərsizdilər. Və nə yazıq ki, bir çox hallarda öz içimizdən olan qüvvələr də həmin dəyirmana xammalın ötürülməsində sanki bir vasitəçi rolunu oynayırlar. Kimlərinsə əldə etdikləri uğura çamur atmaq istəyənlər səd heyiflər olsun ki, Azərbaycanda bütün zamanlarda olub. Ailə-məişət  zəminində seçilmişlərin hədəf götürülməsi, adama aidiyyatı olmayan məsələlərdə onun günahkar obrazında təqdim olunması, cəmiyyət  daxilində müsbət meyillərin oturuşmasında çaba göstərənlərlə bağlı mənfi imicin formalaşdırılma cəhdi dövlətçiliyimizə, millətçiliyimizə qənim kəsilənlərin əlində artıq bir metoda, təzyiq vasitəsinə çevrilib. Mahiyyət etibarilə çox cılız görünən belə məsələlərin əsassız  şəkildə qabardılaraq onlara mətbu nəfəs verilməsi bunu deyənlərlə bərabər həm də o informasiyaları yayanların  dayazlıqlarını bir daha təsdiqləyir.

Müharibə şəraitiylə əlaqədar olaraq dövləti məsələlərlə bağlı bütün siyasi qüvvələrin bir mərkəzdə  cəmləşməsi günün tələbi olduğu kimi digər fərdlər və strukturlar da milli prinsiplərə daha çox önəm verməlidirlər. Əks halda qarşı tərəf əsassız  və qərəzli informasiyalardan çaşqınlıq sindromu kimi istifadə edə bilər. Çox cılız və qərəzli olan bəzi məsələlərə toxunmağa lüzum görməsək də, təəssüflər olsun ki, bu gün Zakir Həsənovla bağlı məqamlarda da biz bunun şahidi oluruq. Təbii ki, gərəkirsə, əlahəzrət faktların diliylə danışmaq da olar.  Məqsədsə bəllidir. Müdafiə nazirinin ictimai nüfuzuna xələl gətirməklə həm də dövlətə, onun ordusuna inam hissinin aşağılanması, öldürülməsi. Şübhəsiz ki, sən onu müdafiə naziri olaraq hansısa xidməti əməlinə görə tənqid edə bilərsən və etməliyik də. Zakir Həsənov da başqaları kimi eyni statusun, eyni hüququn daşıyıcısıdır.  Ancaq məişət zəminində baş verən hadisələri dövlət və ictimai fəaliyyətə transformasiya etmək ədəbi təxəyyülün təqdimatında belə ara qarışdıranları Mixail Bulqakovun labaratoriya sakinlərinə çevrilən qəhrəmanlarıyla eyniləşdirir. Öz ürəyinizlə və öz ürəyinizcə yaşamağa öyrəşin, cənablar!

 

“HƏRBİ RELS”İN TƏQDİMATI  VƏ YANLIŞ İNFORMASİYALARINMAHİYYƏTİ

 

Müharibə şəraitində informasiyanın gücüylə qarşı tərəfdə şübhə toxumu əkmək, çaşqınlıq yaratmaq, xalqın inandıqlarına münasibətdə onlara qarşı böhtan, şər kampaniyasını işə salmaq kimi amillər bütövlükdə götürəndə hansısa ayrıca bir liderə aid deyil, həm də dövlətçiliyimizə hesablanmış  qəsddir. Heç şübhəsiz ki, belə “qəsdlər”in qarşısının alınmasında  ilk olaraq cəmiyyət ictimai qınağın gücündən istifadə etməlidir,  paralel olaraq dövlət  də aidiyyatı resursları  işə salmalıdır. Nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitində yaşayır  və işğal olunmuş torpaqlarımızın azadlığı naminə bütün ctrukturlar hərbi rels üzərinə çıxarılıb, onda belə olan tərzdə istənilən yanlışlığın qarşısı anındaca alınmalıdır. Bu məsələdə artıq korporativ maraqlardan danışmaq  əslində nəyisə mənimsəmək uğrunda aparılan səviyyəsiz mücadilə, daha çox  əldə etmək, ictimai fikirdə çaşqınlıq yaratmaq istəyi, dövlətçiliyimizi hədəf qismində təqdim etmək, həmçinin ictimai fikri başqa səmtə yönəltmək  cəhdindən başqa bir şey deyil. Ölkənin müstəqilliyi və qorunmasının qarantı olan bir qurum rəhbəri haqqında yanlış informasiyalar yaymaq, haqsız ittihamlarla çıxış etmək, məsələlərə heç bir qarışacağı olmasa da, başqalarına görə onu ittham etmək qətiyyən yolverilməzdir. Onları şirnikləndirən himayədarlar ifşa olunub tapılmalıdır.

Bu gün hamımızın qeyd-şərtsiz qəbul etdiyimiz bir gerçəklik var: müharibə şəraitində yaşayan məmləkətin bütün qüvvələri bir mərkəzdə birləşməli, orduda və orduya inam hissinin artırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Belə olan halda kiminsə ailə-məişət  zəminində olan informasiyalardan yararlanmaq cəhdinə so qoyulmalıdır . Yuxarıda da vurğulandığı kimi  müdafiə naziri səviyyəsində  Zakir Həsənovun vəzifəyə ehtiyacı yox idi, əksinə vəzifənin ona ehtiyacı var idi. Səfər Əbiyev zamanında ordunun gerçək halı və cəmiyyətin baxış bucağından xəbərsiz olanlar deyilənləri Zakir Həsənovun mədhi kimi də qiymətləndirə bilərlər. Olsun. Çünki Zakir Həsənov mədh olunmağa layiq nazirdir. O bu gün də təyin olunduğu vəzifənin ehtiyaclarını ödəməklə məşğuldur. Ancaq mətbu informasiyalardan da göründü ki, Səfər Əbiyev və onun komandası Müdafia Nazirliyinin imkanlarından yararlanmaqla daha çox öz ehtiyaclarını təmin edirmişlər...

 

 

P.S. Bütün bu proseslərdə nədənsə özünü baş sanmaq istəyən bir siluet komanda fəaliyyətində görünməz olub..... 

 

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam