Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“ANS bu işdə öz xidmətini təklif edir”

 

Milli Şuranın sədri, professor Cəmil Həsənli ANS-in Kris Smitin “Azərbaycan Demokratiya Aktı» qanun layihəsini erməni diasporunun işi kimi təqdim etməsinə münasibət bildirib.

Xeberinfo.com:   Cəmil Həsənlinin Facebook səhifəsində yazdıqlarını təqdim edirik:

“Dostlar! Bu axşam ANS-in Vaşinqton Bürosunun nümayəndəsi Qənirə Ataşova respublikaçı konqres üzvü Kris Smitin “Azərbaycan Demokratiya Aktı» qanun layihəsini guya erməni diasporunun təsiri ilə irəli sürdüyünü bəyan etdi. Bu tamamilə yalan məlumatdır. Bu qanun layihəsinin erməni diasporu ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq Azərbaycan hakimiyyəti vəziyyətdən çıxış yolu aramaq əvəzinə qanun layihəsini erməni diasporu ilə əlaqələndirib daxili auditoriyanı ona qarşı “səfərbər” etmək istəyir və ANS-də bu işdə öz xidmətini təklif edir. Əslində məsələ Qənirə Ataşovanın dediyindən daha ciddidir. Smit konqresin təcrübəli bir üzvüdür, o, 35 ildir Nyu Cersidən konnqresə üzv seçilir. Bir şeyi nəzərə almaq lazımdır ki, Kris Smitin rəhbərlik etdiyi Helsinki komissiyası insan haqları və demokratiya məsələlərinə məsul olan bir komissiyadır və 2004-cü ildə “Belarus Demokratiya Aktı” da bilavasitə konqresmen Smitin təşəbbüsü ilə qəbul edilmişdi, həmin qanuna görə Belarusda 200 nəfər rəhbər işçiyə və onların ailə üzvlərinə sanksiyalar tətbiq edilmişdi. Bəlkə bu da erməni diasporunun təsiri ilə qəbul edilmişdi? Məsələ burasındadır ki, hazırda Azərbaycanda siyasi mülahizələrlə həbs edilmiş insanların sayı Rusiya və Belorusyadakı siyasi məhbusların birlikdə sayından çoxdur. Qanun layihəsi də məhz bu zərurətdən irəli gəlmişdir və onun komissiyanın 9 respublikaçı, 9 demokrat üzvləri, Dövlət Departamentin və Pentaqonun hər birindən 1 nümayəndə müdafiə edir. Lakin “Azərbaycan Demokratiya Aktı» qanun layihəsinin hədəfi yalnız siyasi məhbusların azad edilməsi deyil, orada insan azadlığı, söz azadlığı, azad seçki və demokratik islahatlar aparılmasının geniş bir dairəsi nəzərdə tutulur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam