Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

”ANS rəhbərliyinə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb ” –Prokurorluqdan açıqlama

vahid mirsahin ans

ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb.

Xeberinfo.com:   Ölkə.Az-a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlayıb. Eldar Sultanov məsələ ilə bağlı qısa açıqlama verdi:

“ANS rəhbərliyinə terrorçuluğun təbliğinə görə cinayət işi açılması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinə çoxsaylı sorğu daxil olub. Ağır cinayətlərə dair istintaq idarəsi ilə danışıb, məsələni dəqiqləşdirdikdən sonra bununla bağlı açıqlama veriləcək”.

Qeyd edək ki, bu barədə məlumatı vəkil Elçin Sadıqov özünün “facebook” səhifəsində yazıb.

Vəkil bildirib ki, televiziyanın ABŞ üzrə xüsusi müxbiri Qənirə Ataşovanın 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılması da bu işlə bağlı olub: “ANS TV ilə əməkdaşlıq etmiş jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakıdan İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.

Araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan 162006055 saylı cinayət işi üzrə Qənirə Ataşovanın “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulmuşdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam