Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Anti-Amerika kampaniyası aparılması düzgün deyil”

siaphoto_499046

 

Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında ABŞ-ın Helsinki Komissiyasının rəhbəri, konqresmen Kristofer Smitin “Azərbaycan Demokratiya Aktı-2015″ qanun layihəsi ilə bağlı bəzi siyasətçilərin Birləşmiş Ştatlara qarşı kampaniya aparmasına etiraz edilib.

 

Xeberinfo.com:   Məlumata görə, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, bəzilərinin buna görə anti-ABŞ kampaniyasına başlaması düzgün deyil. O qeyd edib ki, ABŞ-la Azərbaycan arasında yaxşı münasibətlər var: “Biz bu əməkdaşlığın davam etdirilməsində maraqlıyıq. Təəssüf ki, bəzi siyasətçilər, KİV nümayəndələri Rövşən Rzayevin hazırladığı qərar layihəsindən sonra Amerikaya qarşı mətbuatda hücuma keçiblər. Bu, düzgün deyil. Bizim ABŞ-da parlamentlərarası işçi qrupu var, dostlar var, bunu işə salmalıyıq. Dövlətlə münasibətləri korlamamalıyıq”.
Spiker Oqtay Əsədov isə deyib ki, deputat Rövşən Rzayev Azərbaycan hökumətini təmsil etmir: “Rövşən Rzayev nə parlamentdir, nə də Azərbaycan hökumətidir. O, öz təşəbbüsü ilə bu layihəni hazırlayıb və təqdim edib. Onun belə bir layihə ilə çıxış etmək hüququ var. Kimsə Smitin layihəsini ABŞ-ın mövqeyi kimi qələmə verirsə, bu, səhvdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam