Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

MTN-də əks-kəşfiyyat kəşfiyyatdan ayrılmalıdırmı?

 

İlham İsmayıl: «İndiki durumda kəşfiyyatı ayırmaq zaman tələb edir»

Xeberinfo.com:   Milli Təhlükəsizlik Nazirliyində baş verən “təmizləmə” əməliyyatı bir sıra mətləbləri üzə çıxardı. Məlum oldu ki, struktur baxımından yanlış fəaliyyət göstərən nazirlikdə qeyri-peşəkarlıq əsas problemlərdən biridir. Bir çox ekspertlərə görə, MTN-dəki struktur yanlışlığı isə ondan qaynaqlanır ki, əks-kəşfiyyat və kəşfiyyat bir struktur altında birləşib. Bu, hər iki qolun effektiv işini aşağı salmaqla yanaşı, idarəçiliyi də səmərəsiz edir.

Məhz buna görə ekspertlər hesab edir ki, MTN-də keçirilməli olan köklü islahatlardan birincisi əks-kəşfiyyat idarəsinin ayrıca bir quruma çevrilməsindən başlamalıdır. Digər tərəfdən, əksər ölkələrdə milli təhlükəsizliyə cavabdeh iki struktur olur. Onlardan biri məhz əks-kəşfiyyatın fəaliyyətini üzərinə götürür.

MTN-lə bağlı gündəmdə olan daha bir problem isə kadr çatışmazlığıdır. Belə ki, sovet dövründən qalan kadrlara etibar etməyən hökumət, müstəqillik dövrünün kadrlarını isə təcrübəsiz sayır. Ortadakı reallıq isə onu göstərir ki, MTN-in akademyası nazirliyi lazım olan kadrlarla təmin edə bilmir. Məhz bu üzdəndir ki, MTN-də hazırda yüksək post tutanlar bir zamanlar DIN-də çalışanlardan ibarətdir. Bəs bu problemin cözüm yolu nədədir?

Sualları təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıla ünvanladıq. I.Ismayıl bildirdi ki, əsasən böyük dövlətlərdə kəşfiyyat və əks-kəşfiyyat strukturları ayrı-ayrı işləyirlər. Bu məqam istər kəşfiyyatın, istərsə də əks-kəşfiyyatın daha çox təkmilləşməsinə yardımçı olan faktordur: “Amma Azərbaycanda hazırkı dövrdə, MTN-in çətin durumunda onların ayrılması məqsədəuyğun deyil. Perspektivdə bu qurumların ayrılması daha düzgün olardı. Amma indiki durumda kəşfiyyatı ayırmaq zaman tələb edir”.

MTN-in kadrla təmin olunmasına gəlincə, I.Ismayıl bildirdi ki, ölkədə kifayət qədər kadr mövcuddur: “Vaxtilə sovet, Rusiya məktəblərində oxumuş və işi yaxşı bilən kadrlar var. Onlara etibar edilib-edilməyəcəyini deyə bilmərəm. Hələ MTN-də görülməli olan işlər çoxdur. Hazırkı kadrlara, ümumiyyətlə, etibar etmək mümkün deyil. Burada qüsurlar təkcə təcrübəsizliklə bağlı deyil. Keçmiş kadrlar isə Azərbaycana xəyanət etməyiblər. Əlbəttə, seçim aparılmalıdır. Amma hazırda MTN üçün keçid dövründə professionalların bu quruma cəlbi xüsusilə vacibdir”.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam