Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Daha 2 general vəzifəsindən uzaqlaşdırıldı

mtn_bina_yeni_main_180215

Milli Təhlükəsizlik Nazirliyi sistemində daha 2 yüksək vəzifəli şəxs tutduğu vəzifədən azad olunub.

Xeberinfo.com:   Məlumata görə, onlardan biri Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Vəli Əsgərovdur. Digər şəxs isə sabiq MTN şefi Eldar Mahmudov işdən qovulandan sonra haqqında dəfələrlə “işdən çıxarılıb” xəbərləri yayılan MTN nazirinin müavini, general-leytenant Hilal Əsədovdur.

Xəbərdə bildirilir ki, hər iki şəxs məhz bu gün tutduqları vəzifədən azad ediliblər.

Qeyd edək ki, prezdent İlham Əliyevin imzaladığı sonuncu sərəncamla MTN ləğv edilib, onun əsasında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri yaradılıb.

Xatırladaq ki, MTN-in ləğv olunmasından sonra avtomatik olaraq, onun bütün şəxsi heyəti, həmçinin rəhbərliyi sərəncama götürülüb. Yeni qurumların ştat vahidi təsdiq olunduqdan sonra yeni təyinatlar başlayacaq. Bu baxımdan, Hilal Əsədov faktiki olaraq, MTN ləğv olunan gün işdən çıxarılmış sayılırdı. Çox güman ki, bugün ona yenidən vəzifəyə təyin olunmayacağı haqda məlumat verilib.

Naxçıvan MTN naziri Vəli Əsgərovun işdən çıxarılması ətrafında isə bir qədər qeyri-müəyyənlik var. Şübhəsiz ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunması və onun bazası əsasında Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat Xidmətlərinin yaradılması barədə Prezident Sərəncamı Naxçıvanı da əhatə edir və Naxçıvan MR MTN-i də ləğv olunmuş sayılır. Belə olduğu halda Vəli Əsgərovun Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin olunması haqda yeni sərəncam olmalı idi. Lakin belə bir sərəncam hələ ki, elan olunmayıb. Ola bilsin ki, bu, DTX-nın struktur bölmələrinin yaradılması işinin davam etməsi ilə bağlıdır. Çünki DTX-nın strukturunun keçmiş MTN strukturundan ciddi şəkildə fərqlənəcəyi haqda məlumat verilib. Məsələn, artıq məlumdur ki, DTX-nın rayon şöbələri olmayacaq, əvəzində regional bölmələr yaradılacaq. Naxçıvanda indiyədək olduğu kimi, ayrıca Dövlət Təhlükəsizliyi Xidməti yaradılacaq, yoxsa Azərbaycan DTX-nın regional bölməsi fəaliyyət göstərəcək, bu hələ məlum deyil. Lakin istənilən halda Vəli Əsgərovun vəzifəsindən uzaqlaşdırılması maraqlı hadisədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam