Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MTN-nin səlahiyyəti azaldılır: Xüsusi İdarə və İqtisadi Kəşfiyyat İdarəsi yaradılır-ÖZƏL


 

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Baş Prokurorluqdan alınaraq, İqtisadi Kəşfiyyat İdarəsinin strukturuna daxil ediləcək

 

Xeberinfo.com:  “MTN işi” ilə bağlı daha bir məlumat almışıq. Məlumatda MTN-nin səlahiyyətinin azaldılmasından bəhs olunur. Müəyyən struktur dəyişikliyinin aparılacağı və MTN-nin bazasından ayrılmaqla iki müstəqil idarənin yaradılacağı gözlənilir. Məlumatlı şəxsin xeberinfo.com-a verdiyi məlumata görə yeni yaradılacaq strukturun biri Azərbaycan Respublikası Prezidentinin Yanında Xüsusi İdarə, digəri isə Azərbaycan Respublikası Prezidentinin Yanında İqtisadi Kəşfiyyat İdarəsi adlanacaq.

Birincini məşhur Xüsusi İdarənin fəaliyyətini bərpa etməsi kimi də qəbul etmək olar. Görünür Xüsusi İdarənin MTN-nin tabeliyinə verilməsi özünü doğrultmayıb...

İkinci- Azərbaycan Respublikası Prezidentinin Yanında İqtisadi Kəşfiyyat İdarəsi, MTN-nin bazasından ayrılmalarla, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini də özündə birləşdirəcək.

Bu gözləntinin hansı səbəbdən qaynaqlandığı və hansı məqsədlərə hesablandığı haqqında qarşıdakı günlərdə yazacağıq.

 

Xalid   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam