Redaktor seçimi
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

Barışmaq istəməyən arvadını marketdə öldürübmüş...

Ötən ilin martında Gəncə şəhərinin Məhsəti qəsəbəsində arvadını qətlə yetirən 1983-cü il təvəllüdlü Ruslan Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenixeber.org xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Şirinov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Ruslan Şirinov 2014-cü ildə uzaq qohumu olan 1995-ci il təvəllüdlü Züleyxa ilə ailə qurub, onların 2 övladı dünyaya gəlib. 2020-ci ildən isə etibarən cütlüyün münasibətləri tədricən pozulub.

Həmin ərəfədə Züleyxa Bakıda yaşadıqları evi tərk edərək Gəncədə anasının yanına köçüb. Lakin Ruslan Züleyxa ilə əlaqəni kəsməyib. Bir müddət sonra keçmiş xanımının Gəncədə marketlərdən birində çalışmasını öyrənən Ruslan Şirinov onun işdən çıxmasını tələb edib. Barışmaq və işdən çıxmaqla bağlı tələblərinin yerinə yetirilmədiyini görən şəxs daha sonra bıçaq götürərək Züleyxanın iş yerinə gedib.

O, marketə daxil olaraq heç bir söhbət etmədən hücum edərək insanların gözü qarşısında Züleyxaya 16 bıçaq zərbəsi endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məhkəmənin hökmü ilə Ruslan Şirinova 16 il həbs cəzası verilib. O, cəzasını ciddi rejimli müəssisədə çəkməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam