Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Neftçalada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb-FOTOLAR

 

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Şahin Baxışov saxlanılıb.

Kənd ərazisində yerləşən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş hündürlüyü 34-110 sm arası olan və yaş çəkisi 13 kiloqram 400 qram təşkil edən 152 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Ş.Baxışov narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edərək peşman olduğunu bildirib.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam