Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ukraynadakı “böyük savaş” Qarabağ konfliktinə də təsirsiz ötüşməyəcək

 

ABŞ-ın güclənən diplomatik fəallığı sülh prosesinə yeni məzmun verə biləcəkmi? Ekspert: “Ermənistan 7 rayonu qaytarsa, tərəflər arasında etimad atmosferi yaranar...”

"Xeberinfo.com":  Postsovet məkanındakı etnik-ərazi münaqişələrinin, o cümlədən Dağlıq Qarabağ probleminin həllinə Rusiyanın əngəl siyasəti davam edir. Bu harasıdır, son günlər Moskvada hakim partiyanın deputatları və qalmaqallı siyasətçi Vladimir Jirinovski tərəfindən SSRİ-nin çöküşünün “qanuni olub-olmaması” kimi hüquqi müstəvidə fitnəkar təşəbbüslər irəli sürülməkdədir.

Bütün bunlar rəsmi Moskvanın Sovet İttifaqını bərpa eləmək yönündə planlarının ciddiliyinə şübhə yeri saxlamır. Şimal qonşumuzun Ukrayna ətrafında və Donbasda, Azərbaycan daxil, Güney Qafqaza yaxın bölgələrdə hərbi mövcudluğunu günbəgün artırması bu Kremlin yaxın hədəflərinə başqa yandan işıq salır.
 
***
Bu arada Gürcüstanın müdafiə naziri Tinati Xidaşeli bölgə ölkələrinə Rusiya təhlükəsinin reallığı haqda xəbərdarlıq edib. İsveçrə nəşrinə müsahibəsində nazir deyib ki, Rusiyaya qətiyyətli cavab verilməsə, onun ətrafdakı suveren dövlətlərə qarşı işğalçılığı davam edəcək: “Sivil dünya 2008-ci ilin səhvini Ukraynada təkrarlamamalıdır - nə vaxt ki, Gürcüstan kömək istəsə də onu axır ki, ala bilmədi. Təkcə mən - müdafiə naziri deyil, gürcülərin hamısı Rusiyanın Ukraynada apardığı müharibə sarıdan narahatdır". 
Müdafiə naziri ölkəsinin hələ də Rusiya ilə müharibə vəziyyətində olduğunu xatırladaraq daha sonra bildirib: “Döyüşlər getməsə də, Rusiyanın işğal elədiyi Abxaziya və Cənubi Osetiyada hər gün insanlar itkin düşür. Hazırda Cənubi Osetiya Rusiya Silahlı Qüvvələrinin hərbi bazasına və Gürcüstanı bir neçə saat ərzində işğal eləmək üçün platsdarma çevrilib”. 
Yada salaq ki, Rusiyanın ən əvvəl öz yaxın qonşuları üçün təhlükə olması haqda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi, nüfuzlu politoloq Zbiqnev Bzejinsiki də xəbərdarlıq edib. Ukraynada Rusiyanın davranışlarını analiz edən Bzejinski Azərbaycanın Moskvanın növbəti hədəflərdən biri ola biləcəyini istisna eləməmişdi.  
***
Ukraynanın şərqində isə hərbi vəziyyət getdikcə pisləşir. Bəzi mənbələr hətta böyük müharibəyə cəmi iki həftə qaldığını iddia edir. Onların qənaətincə, Donetsk ərazisində bu yaxınlarda genişmiqyaslı döyüşlərin başlayacağı realdır. Hətta dəqiq tarix də göstərilir -15 iyul. 
Kəşfiyyat qruplarının hər iki tərəfin müharibəyə fəal hazırlığı haqqında hər gün yeni xəbərlər verməsi göstərir ki, savaş davam edir. “İyulun əvvəllərində taktiki təlimləri başa çatdıracaqlar. Hələ ki bütün kartları açıqlamırıq. Dəqiq məlumatımız var ki, 15 iyulda hücuma hazırlaşırlar”, - deyə Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat bölüyünün komandiri, leytenant İqor Mazur bildirib.
 
Hadisələrin bu cür inkişafı sözsüz ki, Dağlıq Qarabağ konflikti zonasına da əks-səda verəcək. Hökmən deyil ki, bu, hərbi əməliyyatların bərpa edilməsi şəklində olsun. Ancaq ən azından sülh prosesi növbəti ağır zərbəsini alacaq. 
***
Belə görünür, Dağlıq Qarabağ ixtilafının tezliklə tarixin arxivinə verilməsi hələ ki şimal qonşumuzun maraqlarına daxil deyil və bunu düşmən ölkədə də, deyəsən, anlamağa başlayıblar. Məsələn, “Jamanak” qəzeti yazıb ki, Rusiya Azərbaycan və Ermənistan arasında düşmənçiliyi qızışdırmaqla məşğuldur. 
“Məlumdur ki, Ermənistan parlamenti ölkəyə güzəştli kreditin ayrılması haqqında Rusiya və Ermənistan hökumətləri arasında imzalanmış sazişi ratifikasiya edib.
200 milyon dollara Ermənistan Rusiya istehsalı hərbi texnika və silah almalıdır. Lakin həmin məbləğə konkret olaraq nəyin alınacağı sirr saxlanılır" - qeyd edir nəşr.
“Belə ehtimallar var ki, Rusiya bununla Ermənistan və Azərbaycanın hərbi-texniki imkanlarını bərabərləşdirir və ya yaxınlaşdırır. Bununla da, Bakının silahlanma yarışını davam etdirmək və İrəvan üzərində üstünlüyü ələ almaq üçün yeni milyardlar xərcləməkdən başqa çarəsi qalmır. Görünür ki, Ermənistana təqdim edilən 200 milyon dollar Azərbaycanın Rusiyaya 2-3 milyard dollarlıq sifariş verməsi ilə nəticələnəcək. Bu böyük dövlət vaxtaşırı iki ölkə arasında düşmənçiliyi qızışdırır” - qəzet yazıb.
***
Əlbəttə ki, Azərbaycanla Ermənistan arasında barışmaz münasibətlərin, düşmənçiliyin qalması və dərinləşməsi ən çox Rusiyaya əl verir - baxmayaraq ki, ara-sıra Moskvadan “gümrahlaşdırıcı” açıqlamalar da gəlir. Rusiyalı tanınmış politoloq, prezident Vladimir Putinin etibar etdiyi şəxslərdən olan Sergey Markovun “AzerRos”un informasiya portalına müsahibəsində söylədikləri bu qəbildən sayıla bilər. 
Sitat: “Mən hesab edirəm ki, hər iki tərəf kompromisə getməlidir. Variantlardan biri budur ki, Dağlıq Qarabağın statusu məsələsi müvəqqəti kənara qoyulsun. İndiki mərhələdə Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın nəzarətinə verə, qarşılığında Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən blokadası götürülə bilər. Belə bir kompromis Dağlıq Qarabağın yekun statusuna dair danışıqlarda etimad atmosferi üçün əsas yaradardı”.
Lakin iş də ondadır ki, Ermənistan Qarabağ məsələsində əsas söz sahibi deyil, İrəvanın sözünü Moskva deyir. Moskva isə hələlik 7 rayonla bağlı öz forpostuna təzyiqlər edənə oxşamır. Deməli, bölgədə, Dağlıq Qarabağda yeni müharibə təhlükəsi qalır.      
Görünür, Kremlin destruktiv mövqeyinin dərkindəndir ki, Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentləri arasında tezliklə növbəti görüşün baş tutmasına can atır. ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta da iki gün öncə bildirib ki, tezliklə həmsədrlər regiona gələcəklər və əsas məqsəd də prezidentlərin görüşünə nail olmaqdır. 
***
Bəs görüş tezliklə reallaşacaqmı? Ümumiyyətlə, qarşıdakı bir neçə ayda Qarabağ məsələsi ətrafında situasiya hansı istiqamətə dəyişə bilər, Rusiyanın bu xüsusda yeni planları nədən ibarət ola bilər? Yəqin ki, önümüzdəki həftələrdə bu suallara əsaslı şəkildə aydınlıq gələcək.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam