Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qarabağ məsələsi 20 il öncə harada idisə, indi də oradadır”

 

Cozef Pressel: “Rusiya indi konfliktdə əsas oyunçudur ki, bu da çox pisdir....”
Təəssüf ki, 20 il öncə mən həmsədr olarkən situasiya necə idisə, indi də olduğu statusda qalıb. 
"Xeberinfo.com":   Məlumata görə, bu barədə ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri və Amerikanın Özbəkistandakı sabiq səfiri Cozef Pressel Qarabağ problemi ətrafında hazırkı situasiyanı erməni portalına şərh edərkən bildirib.
“Bura onu əlavə eləmək olar ki, zaman keçdikcə hər şey pisləşib, insanlar öz mövqelərində möhkəm durublar və heç nəyi dəyişmək istəmirlər. Minsk Qrupu çərçivəsində mən Azərbaycan və Ermənistanı yaxınlaşdırmağa çalışırdım ki, tərəflər arasında şəxsi əlaqələr yaransın, onlar bir-birini daha yaxşı tanısınlar. Hazırda bu iki ölkə arasında belə əlaqələr yoxdur. Bundan başqa, Rusiya indi konfliktdə əsas oyunçudur ki, bu da çox pisdir. Həmçinin, Ukraynadakı olaylar səbəbindən bütün postsovet məkanında situasiya ağırlaşmaqdadır. Əfsus ki, Ukraynadakı hadisələr Qarabağ məsələsində hər hansı irəliləyiş olacağına nikbinlik yaratmır” – deyib Pressel.
Sabiq həmsədr ixtilafın həllinin Minsk Qrupu formatından, yaxud ora yeni həmsədrin gətirilməsindən daha çox münaqişə tərəflərinin iradəsindən asılı olduğunu qeyd edib: “Minsk Qrupu sehrli düymə deyil ki, ona basmaqla konflikt nizamlansın və ya hansısa nəticə əldə edilsin. Qarşılıqlı iradə yoxdursa, münaqişə nizamlanmayacaq”.
Keçmiş diplomat Güney Qafqazda vəziyyətin tədricən pisləşdiyini vurğulayıb: “Təəssüf ki, belədir. Nə eləmək olar bununla? Yalnız onu deyə bilərəm ki, bu – kiçik dövlətlərin problemidir. Onlar fəlakətdən qaçmağı bacarmalıdır. Həllə o zaman nail olmaq mümkündür ki, ilk növbədə ölkə özü dəyişikliklərə hazır olsun. Qarabağ məsələsinə gəlincə, tərəflərdən hər biri 100 faiz haqlı mövqedə olduğunu bəyan edir, heç kim güzəştə getmək istəmir. Nə vaxta kimi belə davam edə bilər? Siz konflikti beləmi həll etmək istəyirsiniz?”
“Rusiya Dağlıq Qarabağ məsələsini yoluna qoymaq istəmir. Əgər Azərbaycan və Ermənistan Sovet İttifaqını bərpa edib onun tərkib hissəsi olmaq istəyirsə, o zaman heç bir həldən söhbət getməyəcək. Çox pis haldır ki, belə tendensiyalar var. Ancaq mən Kremlin yerinə qərar verə bilmərəm” – deyə eks-vasitəçi Moskvanın Qarabağ probleminin həllini necə görməsi ilə bağlı suala cavab verərkən vurğulayıb.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam