Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Müğənni Təranə Qumralın ad günündə ŞOK OLAY - Polislər məclisi dağıtdı?

Müğənni Təranə Qumral dünən özünə ad günü keçirib. 30 nəfərlik qonaqla Yasamal rayonu, Zahid Xəlilov küçəsindəki “Darçın” restoranında baş tutan təmtəraqlı məclisin sonu yaxşı bitməyib.
Yenixeber.org: Belə ki, polislər məclisə girərək, COVİD pasport yoxlanışını aparıblar. Qanuna zidd məqamlar aşkar edildiyindən məclis dağıdılıb. 
Yayılan xəbərlə bağlı Təranə Qumralla əlaqə saxladıq. Lakin müğənni məsələ ilə bağlı verdiyimiz sualı dolayı yolla cavablamaqdan yayındı. Məsələni təkzib etməyə çalışdı.
“Elə bir şey olmayıb, ola da bilməz. Çünki biz qanunlara riayət edərək məclisi keçirmişik. Hamımızın da vaksin sənədi var. Qanun hamı üçün qanundur. Onlar bizə gecə 12-yə qədər icazə verir ki, restoranlarda məclis keçirək, həmçinin toylarda olaq. Qanun çərçivəsində işimizi görərək 12-ə qalmış 20 dəqiqə məclisi bitirib məkanı tərk etmişik”.
Müğənni həmçinin ad günün dünən yox, 1 ay bundan əvvəl olduğunu sadəcə şəhidlərin ilini gözləyərək indi etdiyini də diqqətə çatdırıb:
“Əslində mənim ad günüm dünən yox, oktyabrın 16-sı idi. Sadəcə şəhidlərimizə görə heç istəmirdim ad günümü qeyd edim. Buna həvəs də yox idi. Şəhidlərimizin ilinə görə ad günümü 1 ay sonra etdim”.(Bizim.media)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam