Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müğənni Təranə Qumralın məhkəməsi başlayıb

 

Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası başlayıb

Yenixeber.org:  Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə T.Qumralın anket məlumatları dəqiqləşdirilib.
Daha sonra zərərçəkmiş müğənni Nazənin Salayevanın vəkili Ceyhun Yusifov vəsatət qaldırıb. O, müvəkkili ilə yeni müqavilə bağladığını, cinayət işi ilə tanış olmadığını deyərək, məhkəmədən vaxt istəyib.
Vəsatət təmin edilib.
Məhkəmənin növbəti iclası iyunun 14-nə təyin olunub.
Qeyd edək ki, müğənni T.Qumralla həmkarı N.Salayevin arasında qalmaqal “ANS”-in “Bazar səhəri” verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək, T.Qumrala “Səni ərimlə tutdum” deyib. T.Qumral isə öz növbəsində N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib. Nazənin məhkəmədə həyat yoldaşının müğənni T.Qumralla intim münasibəti olduğunu sübut edib.
Məhkəmənin qərarı ilə T.Qumral N.Salayev və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam