Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

“Ermənistanın arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub”

 

 

“Ermənistan münaqişənin həllini ona görə uzadır ki, arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub”.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin “Twitter” hesabında yazıb.



N. Məmmədov bildirib ki, son 20 ildə dünyada baş verən hadisələr zamanı beynəlxalq hüququn tətbiqini çox az hallarda müşahidə etmək olar.



“Beynəlxalq aləmdə bu gün müşahidə olunan gərginliyin səbəbi elə budur. Beynəlxalq hüquq yalnız sözdə mövcuddur. Maraqlıdır ki, Krımın, Abxaziyanın, Osetiyanın, Dnestryanının “rəhbərlərinə” Avropa və ABŞ-a viza verilməsi qadağandır. Amma separatçı Bako Saakyana hər yerə asanlıqla viza verilir. Görəsən, bunu necə başa düşmək lazımdır? Beləliklə, Ermənistan münaqişənin həllini ona görə uzadır ki, arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub”, - deyə PA rəsmisi vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam