Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Beynəlxalq Bank Cahangir Hacıyevin şirkətini maliyyələşdirməkdən imtina edib

 

"7 Hills” ("7 təpə”) yaşayış kompleksində mənzillər daha Azərbaycan Beynəlxalq Bankının deyil "Bank Technique”in tərəfdaşlığı ilə ipotekaya verilir.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə "7 Hills” ("7 təpə”) layihəsinin rəsmi saytında da məlumat verilib.

Bu məsələdə diqqət çəkən məqam isə "7 Hills” ("7 təpə”) layihəsinin bank tərəfdaşının dəyişməsinin Cahangir Hacıyevin ABB İdarə Heyətinin sədri vəzifəsindən istefası ilə üst-üstə düşməsidir. 

ABB-yə yaxın çevrələrdən verilən məlumatına görə, "7 Hills” ("7 təpə”) layihəsində C.Hacıyev əsas payçılardan biridir. Onun istefasından sonra ABB-nin bu layihəni maliyyələşdirməsi məqsədəuyğun sayılmayıb. Xatırladaq ki, KİV C.Hacıyevin "Bank Technique” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə bağlı məlumat yayıb.

Bank Technique” ASC-yə yaxın mənbələrdən isə bildirirlər ki, bu günə qədər o hələ işə çıxmayıb. Lakin, artıq onun qarşılanması üçün hazırlıqlar başlayıb. Belə ki, İdarə Heyətinin sədrinin iş otağı artıq yeni sahibi üçün hazırlanıb. Bankda ehtiyat edirlər ki, C.Hacıyevin gəlməsi ilə kadr dəyişiklikləri baş verəcək və departament rəhbərlərinin çoxu dəyişəcək.

Xatırladaq ki, ötən ilin dekabrında rəsmi təqdimat zamanı "7 Hills” ("7 təpə”) layihəsinin rəsmiləri bildirmişdilər ki, yaşayış kompleksinin tam tikilib təhvil verilməsi, başa çatmasının tam maliyyələşdirilməsinə ABB tərəfindən zəmanət verilib. Elə ABB tərəfindən də mənzillərin daha rahat maliyyələşmə şərtləri ilə ipotekaya salınıb. Buradan mənzilləri iki növ ipoteka ilə almaq olacaqdı: standart ipoteka şərti – 10% ilkin ödəniş, illik 10% və 15 il müddətinə "7 Hills” müştərilərinə İslam bankçılığının "İcarə” məhsulu vasitəsilə mənzil əldə etmə proqramını təklif edirdi: 10 % ilkin ödəniş, 10 %-lik ticarət əmsalı və 15 illik müddət.

ABB-nin "İslam bankçılığı” departamentinin rəhbəri Behnam Qurbanzadə bildirmişdi ki, ""İcarə” məhsulu "Ayota” şəriət şirkəti tərəfindən təsdiqlənib. Bu cür maliyyələşmədə ödənişlər fərqli hissələrlə 15 ilə bölünür. Bu zaman ödəniş qrafiki müştərinin istəyinə uyğun qurulur. Əgər müştərinin gəlirləri mövsümdən asılıdırsa, ödəniş cədvəlində bu, nəzərə alınır”. 

 

Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam