Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Heydər Əsədov 10 obyekti bağladı

 

Kənd Təsərrüfatı Nazirliyi 10 müəssisənin fəaliyyətini qadağan edib.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında  Dövlət Fitosanitar Nəzarəti Xidməti respublikanın müxtəlif bölgələrində bitki mühafızə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və satışı ilə məşğul olan 39 obyektdə monitorinq keçirib.

Yoxlama zamanı bəlli olub ki, müəssisələrdə   700 kiloqramdan artıq qeydiyyatdan keçməmiş, keyfiyyətsiz, standartlara cavab verməyən, mənşəyi məlum olmayan pestisidlərin və aqrokimyəvi maddələr satılır. Həmin maddələrin  satışı qadağan etdirilərək, dövriyyədən çıxarılıb,10 müəssisənin fəaliyyəti isə dayandırılıb.

Nazirlikdən onu da qeyd ediblər ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” fərmanda dəyişikliklər edilməsi barədə” prezidentin 11 iyul, 2014-cü il tarixli, 228 nömrəli  fərmanına əsasən, qeyri-dövlət fıtosanitar xidmətləri, o cümlədən bitki mühafızə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və saxlanılması xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilən fəaliyyət növlərinin siyahısına daxil edilib.            

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 oktyabr, 2014-cü il tarixli, 319 nömrəli qərarı ilə  bitki mühafızə vasitələrinin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan şərtlər müəyyən edilib.

Onu da qeyd edək ki, FAO-nun hesablamalarına görə, dünya üzrə inkişaf etməkdə olan ölkələrdə istifadə olunan bitki mühafızə vasitələrinin təqribən 30 faizi beynəlxalq keyfiyyət standartlarma cavab vermir. Bitki mühafızə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı zamanı adekvat olmayan istehsal texnologiyası və keyfıyyətə nəzarət sistemi, icazəsiz istehsal, məhsulun saxtalaşdırılması, istifadəyə qədər uyğun olmayan yerdə saxlanılması və s. kimi amillər aşağı keyfıyyətli məhsul istehsalına gətirib çıxarır.   

Bitki mühafızə vasitələrinin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq (lisenziya) verilməsi zamanı tələb olunan əlavə şərtlər fıziki və hüquqi şəxslər tərəfindən sözügedən sahələrdə fıtosanitar, sanitariya-gigiyena və texniki-təhlükəsizlik qaydalarmın tələblərinə riayət edilməsinə şərait yaratmağa hesablanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam