Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Səhiyyə Nazirliyi qanunsuz dərman satan firmanı bağladı

 

Səhiyyə Nazirliyi "Murad Farm" MMC-nin fəaliyyətini dayandırıb. 

"Xeberinfo.com":  Məlumata görə, bir neçə gün əvvəl mətbuatda Əhmədli qəsəbəsi, H. Aslanov metrosunun yanında Murad aptekdə şübhəli preparatların satışının aparılması ilə bağlı məqalə dərc edilmişdi. Məqalədə göstərilənləri yerində araşdırmaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən yanvarın 21-də Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küçəsi, 2944A saylı məhəllə ünvanında fəaliyyət göstərən Murad Farm MMC-nə məxsus (lisenziya nömrəsi 026288, qeydiyyat nömrəsi 1612, verilmə tarixi 06.01.2011) aptek təşkilatında yoxlama keçirilib.

Nazirlikdən virtualaz.org saytına verilən məlumata görə, keçirilən yoxlama zamanı aptekdə satışı aparılan və dövlət qeydiyyatına alınmamış 46 adda dərman preparatı aşkarlanaraq müsadirə edilib. Həmçinin, yoxlama zamanı aptekdə reseptlə satılmalı olan psixotrop dərman vasitələrinin reseptsiz satışının aparılması və xüsusi saxlama rejimi tələb olunan termoləbil dərman vasitələrinin saxlanma şəraitinə riayət olunmaması faktları da müəyyən edilib. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktına görə "Muad Farm" MMC-nə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq protokol tərtib olunub.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Murad Farm MMC-nə pərakəndə satış əczaçılıq fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılıb.  


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam