Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ölkəmizdə qadağan olunan dərmanlar açıqlandı

 

Azərbaycan Səhiyyə Nazirliyi ölkədə satışı və istifadəsi qadağan olunan dərman növlərini açıqlayıb

 

"Xeberinfo.com":  Məlumata görə, Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Report"un sorğusuna cavab olaraq bildirib ki, respublikaya idxal zamanı müvafiq laborator müayinələrinin aparılmadığı və nəticədə istifadəyə yararlılıq sertifikatı ilə təmin olunmayan və həmçinin laborator müayinələr nəticəsində keyfiyyəti lazımi tələblərə cavab verməyən dərman vasitələri müxtəlif farmakoloji qruplara aiddir. 
"Bunlardan antibiotiklər, qeyri-steroid iltihab əleyhinə vasitələr, ağrıkəsicilər və antiallergik qrupuna daxil edilən dərman vasitələri üstünlük təşkil edir. Bu tip dərman vasitələri mütəmadi olaraq qanunvericilikdə müəyyən edilən qaydada məhv edilir. Keçən ilin yanvar-noyabr dövrü ərzində Nazirliyin Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi tərəfindən 436 seriyada dərman vasitəsinə dair 16 sayda müvafiq sərəncam verilərək qeyd edilən dərman vasitələrinin satışı qadağan olunub", - o bildirib.
Hazırda ölkədə 58 adda dərman vasitələrinin istehsal olunduğunu deyən Səfayə Əhmədova qeyd edib ki, keçən ilin 9 ayında 103 aptek təşkilatında keçirilən yoxlama nəticəsində yararlıq haqqında analiz protokolu olmayan 1464 qutu, istifadə müddəti bitən 4 qutu dərman preparatları nazirlik tərəfindən aşkar olunaraq müsadirə edilib: "Həmçinin, yoxlamalar zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 19 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılıb".
Nazirlik rəsmisi eyni zamanda, ən çox istifadə olunan təbii mənşəli preparatların çoxunun bitki mənşəli məhsullara aid olduğunu da deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam