Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Putinin reytinqi 22 ildə ən aşağı həddə düşüb -"Levada" sorğu mərkəzi

 

 Apreldə Rusiya Prezidenti Vladimir Putinin reytinqi 59 faizə düşüb. Bir ay öncə bu göstərici 63 faiz idi.

Yenixeber.org: "Levada" sorğu mərkəzi mayın 6-da açıqladığı məlumatda bu faizin son 22 ildə ən aşağı reytinq səviyyəsi olduğunu bildirir. Amma "Levada" onu da qeyd edir ki, sorğu metodologiyasındakı dəyişiklik nəticəni Putinin zərərinə yüngülcə dəyişə bilər. Belə ki, koronovirusla bağlı qadağalar səbəbindən bu dəfə sorğu üzbəüz deyil, telefonla keçirilib.

"Levada"-nın direktor müavini Denis Volkov deyir ki, bu metodologiya Putinin reytinqini 1-2 faiz azalda bilərdi. Amma onun sözlərinə görə, hətta bu halda belə nəticə 61 faiz, yəni, 2013-cü ildən bəri ən aşağı göstərici olardı. Bir il sonra Rusiya Ukraynanın Krım yarımadasını ilhaq elədi və onun reytinqi yüksəldi.

67 yaşlı Putin 20 ildən çoxdur prezident, yaxud baş nazir kimi Rusiya siyasi həyatına liderlik edir. Koronavirus pandemiyasının iqtisadi fəsadları onun hakimiyyətinə həm də siyasi problem yaradıb.

"Levada" bildirir ki, sorğu 24-27 aprel tarixlərində Rusiya boyunca 1608 nəfər arasında keçirilib. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam