Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Xalqın Putinə etimadı azalır –Rəy sorğusunun gözlənilməz nəticələri

Rusiyanın İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTSIOM) açıqladığı nəticələrə görə, Rusiya prezidenti Vladimir Putinə etimad 32 faizə düşüb. Bu, 2006-cı ildən bəri ən aşağı göstəricidir.

Yenixeber.org: Mərkəz dövlət tərəfindən maliyyələşdirlir. Eyni qurumun bundan əvvəl yanvarda keçirdiyi rəy sorğusu Putinə etimadı 33,4 faiz səviyyəsində göstərmişdi. Bu rəy sorğusunun fevralın 25-i ilə martın 5-i arasında, Putinin fevralın 20-də etdiyi illik ənənəvi xalqa müraciətindən sonra keçirildiyi vurğulanır. Rusiyada bir çoxları prezidentin bu nitqindən əsas məqsədin hökumətin son illərdə bərbadlaşmış imicinin yaxşılaşdırılması cəhdi kimi qiymətləndirib.

Populyar Kommersant qəzeti yazır ki, Putinin builki çıxışına da 2014-dən bəri ilk dəfə olaraq ən aşağı sayda tamaşaçı baxıb. Rusiya mediası ötən yanvarda yazırdı ki, son iki həftə ərzində Rusiya prezidenti Vladimir Putinə etimad 3 faiz azalaraq 33,4 faizə düşüb. Bunu “Ümumrusiya İctimai Rəy Tədqiqatlar Mərkəzi”nin yanvarın 9-13 arası keçirdiyi sorğunun nəticələri göstərir. Mərkəz sorğunun nəticələrini yanvarın 18-də açıqlayıb və bu, mərkəzin tarixində ən aşağı göstəricidir.

Mərkəzin məlumatına görə, 2018-ci ilin sonlarında pensiyaya görə yaş həddinin qaldırılması haqqında qanunun qəbulundan sonra Putinin reytinqi 35-37 faiz arasında hərəkət edirdi. Həmin ilin martında bu göstərici 55 faizdən çox idi. Amma Mərkəz bildirir ki, bu o demək deyil ki, rusiyalıların çoxu Putini istəmir.

Mərkəzin məlumatına görə, Putin yenə də ölkədə ən yaxşı siyasətçi hesab olunur və rəyi soruşulanların 62 faizi ümumilikdə onu dəstəkləyir. Amma son vaxtlar bu göstərici də aşağı düşür. Başqa bir agentlik- FOM-un (İctimai rəyin formalaşması faktorları) yanvarın 19-da açıqladığı məlumatına görə isə son ayda Rusiya hakimiyyətindən narazı qalan və ya hiddətlənənlərin sayı artaraq 54 faizə çatıb.

Bu göstərici ötən ilin mayında 36 faiz idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam