Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Putinin reytinqi ən aşağı həddə düşüb -Rusiya prezidentinə əhalinin inamı azalır (SORĞU)

 

Son dörd ayda rusiyalıların Prezident Vladimir Putinə etimadı 4 faiz azalıb – 2019-cu ilin sentyabrında 39 faiz olan göstərici 35 faizə düşüb. 2017-ci ilin noyabrı ilə müqayisədə isə reytinqin iki dəfəyədək düşdüyünü söyləmək olar, onda 59 faiz idi. Bu haqda Levada mərkəzi sorğu açıqlayıb.

Yenixeber.org: Mərkəzin direktoru Lev Qudkovun fikrincə, Putinə inamın azalmasına səbəb Rusiyadakı durumdan davamlı narazılıqdır. “Onun sosial mövzularla bağlı yeni ritorikası qısamüddətli effekt verir. İqtisadi vəziyyət, normal qazana bilməməkdən narazılıq artmaqdadır”, – o vurğulayıb.

Son dörd ayda keçmiş baş nazir Dmitri Medvedevə də inam azalıb – 9%-dən 5%-ə düşüb. Amma müdafiə naziri SergeŞoyquya inam, əksinə, artmaqdadır – 13%-dən 19%-ə yüksəlib. Xarici işlər naziri SergeyLavrovun reytinqi isə 13 faizdən 19 faizə qalxıb.

Hökumətin yeni başçısı Mixail Mişutinə respondentlərin 3 faizi inanır, 4 faizi inanmır. Bu sorğu zamanı “Levada” respondentlərə hazır cavablar təqdim etmir, onlara dövlət xadimlərinin adlarını özlərinin çəkməsi imkanı verilir.

2019-cu ilin mayında Ümum-Rusiya İctimai Fikri Öyrənmə Mərkəzi (VTSİOM) təşkilatının yaydığı sorğu prezidentin reytinqinin yeni minimuma – 31,7 faizə düşdüyünü üzə çıxarmışdı. Bu, son 13 ilin ən minimal göstəricisi idi.

Bu nəticələr yayılandan bir neçə gün sonra prezidentin mətbuat katibi Dmitri Peskov bəyan etdi ki, Kreml VTSİOM-dam “verilənlərin qarşılıqlı əlaqəsi” haqda izahat gözləyir. “Necə ola bilər ki, inam reytinqi düşsün, seçki reytinqi isə qalxsın?” – Peskov demişdi.

Mayın 31-də VTSİOM siyasətçilərə inamın hesablanması metodikasını yenilədi. Yeni metodikaya əsasən, Putinin reytinqi 72,3 faiz təşkil etdi. 23,7 faiz isə prezidentə inamsızlığını açıqlamışdı.

2019-cu ilin noyabrında isə Putinə rəğbət azaldı – respondentlərin cəmi 24 faizi prezidentə rəğbətini ifadə etdi. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam