Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putinin reytinqi düşür

Rusiya Prezidenti Vladimir Putinin reytinqi yeni il başlayandan bəri düşməyə davam edir.

Yenixeber.org: Bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin sorğusunda bildirilib.

Məlumata görə, 2019-cu ildə keçirilən ilk sorğuda Putinə respondentlərin 33,4 faizi etimad göstərib. 2018-ci ildə keçirilən sonuncu sorğuda isə ona rusiyalıların 36,5 faizinin etimad göstərdiyi məlum olmuşdu.

Qeyd olunur ki, bu nəticə 2006-cı ilin yanvarından bəri qeydə alınan minimum nəticədir.

Həmçinin, Putinin fəaliyyətindən razılıq da aşağı düşüb. Belə ki, dekabrın 29-da bu göstərici 64,6 faiz idisə, hazırda 62,1 faizdir.

Bundan əlavə, “Vahid Rusiya”nın elektoral reytinqi də minimuma enib. Əgər ilin sonunda bu reytinq 35,6 faiz idisə, hazırda 33,8 faizdir.

Ekspertlər reytinqin aşağı düşməsini “post-yeni il effekti” ilə əlaqələndiriblər. “Yanvarın ortalarına qədər dalğalanmanın amplitudası azalacaq”, – deyə Praktik Siyasi Analiz və Məsləhət Mərkəzinin rəhbəri Mixail Mamonov bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam