Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyanın reytinqi aşağı düşüb -Sorğu

 

Paşinyanın reytinqi aşağı düşüb - Sorğu
Ermənistan hakimiyyətinin əhali arasında reytinqini və ictimai əhvalda hansı dəyişikliklərin baş verməsini müəyyənləşdirmək üçün Milli Təhlükəsizlik Xidməti və eləcə də, müxtəlif nüfuzlu xarici analitik mərkəzlər periodik qaydada sosial sorğular keçirirlər.
Yenixeber.org: "Qraparak” qəzeti xəbər verir ki, bu dəfə ABŞ tədqiqat mərkəzinin apardığı sorğu nəticəsində Ermənistan baş naziri Nikol Paşinyanın əhali arasında reytinqinin son 2 ayda sürətlə azaldığı üzə çıxıb.

Qəzet yazıb ki, yanvarın sonundakı sorğularda Paşinyanın reytinqi 51% təşkil edirdi. İndi isə bu göstərici heç 50%-i keçmir və sürətlə azalma ənənəsi davam edir. Sorğunun ən gözlənilməz nəticəsi isə Paşinyanın siyasi rəqiblərinin, yəni “məxməri inqilab” yolu ilə devirdiyi sabiq prezident Serj Sarkisyanın reytinqinin yüksəlməsi olub.

“Paşinyanın nüfuzunun düşməsinin əksinə olaraq, Serj Sarkisyanın və Respublikaçılar partiyasının əhali arasındakı reytinqi əvvəlki 4%-dən 8%-dək artıb. Və özü də bu artım onların heç nə ilə məşğul olmaması halında qeydə alınıb. Eləcə də, “Daşnaksütyun” partiyasının da reytinqi 1,5% artıb” – qəzet yazıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam