Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

ÇİNDƏN SENSASİYASLI ETİRAF -Koronavirusdan ölənlərin sayı kəskin artırıldı

 

 Çinin mərkəzindəki Vuhan şəhəri COVID-19 xəstəliyindən ölənlərin sayını 1290 nəfər artırıb. Dövlət mediasının cümə günü yazdığına görə, statistikanın düz aparılmaması epidemiyanın pik dövründə xəstəxanaların həddən artıq yüklənməsi ilə bağlı olub.

Yenixeber.org: Hazırda Vuhanda koronovirusdan 3 min 869 nəfərin vəfat etdiyi bildirilir, 11 milyonluq əhalisi olan şəhərdə virusa indiyədək 50 min 333 nəfər tutulub ki, bu da ümumi ölkə üzrə yoluxmaların (82 min 367 nəfər) üçdə ikisi deməkdir.

Rəsmi “Xinua” xəbər agentliyi adını çəkmədiyi rəsmiyə istinadla bildirir ki, epidemiyanın ilkin dövründə“qəbul və müalicə imkanlarının yetərli olmaması səbəbindən bəzi xəstəxanalar xəstəliyin önlənməsi və ona nəzarət sistemi ilə vaxtında əlaqə yarada bilməyib, həmin vaxt xəstəxanalar həddən artıq dolu olub, tibb işçilərinin başı xəstələrə qarışıb”. “Nəticədə məlumatlarda əskiklik yaranıb, yanlışlıq olub, – rəsmi bildirib.

O əlavə edib ki, xəstəxanalardan kənar baş verən ölümlər xəstəliyə nəzarət informasiya sistemində qeydə alınmayıb, bəzi təsdiqlənmiş yoluxmalar haqda gec məlumat çatdılırıb, yaxud bəzi tibb ocaqları heç məlumat verməyib.

Çinin təqdim etdiyi rəqəmlərlə bağlıçoxdan suallar dolaşırdı, Vuhan yanvarda bir neçə gün heçölü, yaxud yoluxma sayı açıqlamamışdı. Bu da Çin rəsmilərinin pandemiyanın təsirini azaltmağa çalışması, onu daha tez nəzarətə almaq fürsətini qaçırmasıyla bağlı ittihamlara yol açmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam