Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Koronavirusun beşiyi Uhan şəhərində "ölənlərin sayı artıb"-FOTOLAR

 

 COVİD-19 koronavirus infeksiyasının yaranıb yayılmağa başladığı Çinin Uhan şəhərində ölənlərin sayı artıb.

Yenixeber.org: Məlumata görə, burada Covid-19-dan ölənlərin sayı 1209-dan 3869-a qalxıb. Bu da təxminən 50 faiz artım deməkdir.

Müxbiri Robin Brant deyir ki, ümumi ölənlərin ümumi sayı xəstəxanadan kənarda ölənlərin və bəzi təxirə salınmış hesabatlar hesabına artıb.

"Aydındır ki, bu, Çinin koronavirus rəqəmləri ilə bağlı şübhələri artıracaq", deyə Robin Brant bildirib.

Koronavirusun beşiyi sayılan Uhan şəhərində karantin rejimi yumşaldılımışdı. İki ay davam etmiş təcriddən sonra şəhər qismən açıq rejimə keçirilmişdi.

Yerli səlahiyyətlilər deyirlər ki, erkən hesabatlar verilərkən gecikmələr və yanlışlıqlar olub.

ABŞ, İngiltərə və Fransa da daxil olmaqla bir sıra ölkələr Çinin virusla bağlı şəffaflığını sual edib.

 

COVİD-19 Çinin iqtisadiyyatına da zərərsiz ötüşməyib.

Onilliklər ərzində ilk dəfə dünyanın ikinci ən böyük iqtisadiyyatı cümə günü açıqlanan rəsmi məlumatlara görə 6,8 faiz kiçilib.

Koronavirusun Çin iqtisadiyyatına vurduğu maddi ziyan digər ölkələr üçün də böyük narahatlıq yaradacağı deyilir.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb. Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxanların ümumi sayı 1283 nəfərdir.

Onlardan 460 nəfəri sağalıb, 15 nəfər vəfat edib, 808 nəfərin müalicəsi davam etdirilir.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam