Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ABŞ-dan TÜRKİYƏYƏ GÖZLƏNİLƏN ZƏRBƏ:Ankara F-35 proqramından uzaqlaşdırıldı; Ağ Evdən 1 saat sonra Pentaqon açıqlama yaydı

ABŞ Türkiyəni F-35 proqramından çıxarıb.

Yenixeber.org: Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlama yayıb.

Bildirilib ki, Türkiyənin Rusiyadan S-400 raketlərini alması belə bir addımın atılmasına səbəb olub: “Artıq Türkiyənin F-35 proqramından çıxarılması prosesinə başladıq. Bundan qaçmaq üçün çox cəhdlər göstərdik. İşlərin bu nöqtəyə gəlməsindən kədərlənirik. Ancaq Türkiyəni F-35 proqramından çıxarma qərarımız sürpriz deyil. Türkiyə bu qərarından (S-400 raketlərinin alınması nəzərdə tutulur – Strateq.az) dolayı iş imkanlarını və iqtisadi fürsətləri itirəcək”.

Pentaqon onu da bildirib ki, Türkiyə ilə bağlı bu qərardan sonra F-35 proqramıyla bağlı 9 milyard dollarlıq bir itki olacaq.

Xatırladaq ki, bu açıqlamadan bir saat əvvəl Ağ Ev Türkiyənin F-35 proqramından uzaqlaşdırılacağının siqnalını vermişdi.

Belə ki, Ağ Ev-dən verilən açıqlamada F-35 qırıcıları ilə bağlı Rusiya kəşfiyyatının gizli məlumatlar toplama ehtimalına diqqət çəkilib: “Bundan əlavə, onu da bildirmək istəyirik ki, ABŞ Türkiyəyə “Patriot” satmaq istəməklə yanaşı, Türkiyənin hava müdafiəsi ilə bağlı ehtiyacını qarşılamaq üçün çalışır. Münasibətlərimizin güclü olduğu tərəflər də var, hər şey F-35-lərlə bağlı deyil”.(strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam