Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyə ABŞ-ın şərtinə belə CAVAB VERDİ … -“Müştəri deyilik, ortağıq”

 

Ankara ABŞ-ın F-35 şərtinə elə bir CAVAB VERDİ Kİ… - Türkiyədən QƏTİYYƏTLİ MÖVQE

Ankarada səfərdə olan Amerika nümayəndə heyətinin F-35 qırıcıları ilə bağlı şərtinə Türkiyə tərəfinin cavabı məlum olub.

Yenixeber.org: Türkiyə mediası xəbər verir ki, Türkiyə nümayəndə heyətinin “Müştəri deyilik, ortağıq” dediyi bildirilir.

Qeyd edək ki, konqresmen Maykl Törnerin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Türkiyə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyində görüşlər keçirib. Tərəflər F-35, S-400 və PKK terror təşkilatı ilə bağlı məsələləri müzakirə edib. ABŞ-dan olan heyət F-35 qırıcıları ilə bağlı sanksiyaların aradan qaldırılması üçün S-400 zenit-raket komplekslərinin alınmasından imtina edilməsini istəyib.

Amerikalı heyət “Münasibətlərimizin yaxşılaşmasını istəyirik, S-400-lərdən imtina edin, F-35-lər üçün maneə aradan qalxsın” mesajını verib.

Qeyd edək ki, S-400 komplekslərinin çatdırılması haqqında Moskva və Ankara arasında razılaşma 2017-ci ildə imzalanıb. ABŞ müqavilə ilə bağlı narazılığını dəfələrlə ifadə edib və Türkiyəni sanksiyalarla, həmçinin F-35 beşinci nəsil Amerika qırıcılarının çatdırılmasının qadağan edilməsi ilə hədələyib.

ABŞ-ın təhdidlərinə cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara S-400-dən imtina etməyəcək və F-35-lərin əldə edilməsinə qadağa tətbiq olunacağı halda, Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcək.

“Rosoboroneksport” S-400 üzrə müqavilənin icrasına 2019-cu ildə başlamağı planlaşdırır.

Xatırladaq ki, avqustun 13-də ABŞ prezidenti 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) ölkənin müdafiə büdcəsini təsdiqləyib. Müdafiə büdcəsi layihəsinə F-35 beşinci nəsil qırıcılarının Türkiyəyə çatdırılmasının təxirə salınması da daxil edilib.

Büdcə layihəsinə görə, Türkiyənin F-35 proqramından tamamilə çıxarılıb-çıxarılmayacağı barədə yekun rəyin yer alacağı hesabat tamamlanana qədər qırıcıların çatdırılması təxirə salınacaq. ABŞ-ın Müdafiə Nazirliyi Dövlət Departamenti ilə məsləhətləşərək 90 gün ərzində Türkiyə və ABŞ əlaqələrinin hazırkı vəziyyətinə dair hesabat hazırlamalıdır. Hesabatda Türkiyənin F-35 proqramından çıxarılmasının iki ölkə arasındakı münasibətlərə və ABŞ sənayesinə təsiri qiymətləndiriləcək.

Türkiyəyə F-35-lərin çatdırılmasının təxirə salınmasına səbəb olaraq Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması və amerikalı rahib Endyu Branson da olmaqla, bəzi Amerika vətəndaşlarının Türkiyədə saxlanılması göstərilir.

Qeyd edək ki, F-16 vǝ F-18 kimi döyüş təyyarələrindən dörd qat daha təsirli olduğu bildirilǝn F-35-lǝrin həm havadan havaya, həm də havadan quruya hücum qabiliyyəti var. Radara yaxalanmama xüsusiyyətinə malik yeni nəsil təyyarələrin 1990-ci ildə dizaynı hazırlanıb, sonra isǝ ABŞ və İngiltərənin rəhbərlik etdiyi konsorsium tərəfindən istehsal edilib.

Türkiyənin 2002-ci ildə daxil olduğu layihənin digər ortaqları isə Kanada, Avstraliya, Kanada, Danimarka, İtaliya, Hollandiya, Norvç, İngiltərə və Almaniyadır. İsrail, Yaponiya və Cənubi Koreya da konsorsiumun təyyarələrindən alacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam