Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ-ın Türkiyəni təhdid etməsinin pərdəarxası ortaya çıxdı

 

ABŞ-ın Türkiyəni təhdid etməsinin pərdəarxası ortaya çıxdı

ABŞ Türkiyə və Rusiyanı qarşı-qarşıya gətirəcək təxribat üçün addım ata bilər.

Yenixeber.org: Bunu türkiyəli sabiq general-mayor Fahri Erenel deyib.

S-400 sistemi

ABŞ prezidenti Donald Trampın Türkiyənin Rusiyadan alacağı S-400 havadan müdafiə sistemləri ilə bağlı dediyi “S-400-ü alsanız, “Patriot” dəftəri bağlanar, sanksiya qapısı açılar” sözləri şərh edən general bunun bir uydurma olduğunu vurğulayıb:

“ABŞ S-400 sistemlərini bəhanə edərək Türkiyənin Suriyadakı terrorçulara qarşı hərbi hərəkatını və Venesuelada baş verən hadisələrə dair tutduğu siyasi istiqaməti hədəf alır. Türkiyənin terrorla mübarizədə qətiyyətliliyi ABŞ-ın əsl problemlərindən biridir. Lakin Türkiyə bu saatdan sonra S-400 sistemlərindən imtina edərsə, bunun çox ciddi nəticələri olar. Suriyada vətəndaş müharibəsi yenidən alovlanar. Şərqi Aralıq dənizindən Qara dənizə qədər geniş bir coğrafiya birbaşa bu qərardan payını alar. Sistemlərdən imtina etmək həm Türkiyənin, həm də Rusiyanın öz ayağına güllə sıxması deməkdir. Bu addım türk-rus münasibətlərinin dönüşü olmayan nöqtəyə gətirib çıxarar. ABŞ-ın ən dərin narahatlığı S-400-lər vasitəsilə Rusiyanın F-35 qırıcılarının xüsusiyyətlərini sınaqdan keçirə biləcəklərinə inanmasıdır. “S-400 ilə ruslar bizim F-35 qırıcılarının hansı məsafədə necə zərərsizləşdirilə biləcəyini öyrənə bilər” inancına qapılıblar. Lakin bu düzgün deyil”.

Qeyd edək ki, Türkiyə ilə ABŞ arasında Suriya, FETÖ terror təşkilatının lideri, F-35 qırıcıları, “Patriot” sistemi, rahib Endryu Branson kimi məsələlərdə heyətlərarası görüşlər və danışıqlar hələ də davam edir.F

F-35 qırıcıları

General-mayor bildirib ki, ABŞ-ən Türkiyəni F-35 proqramından çıxarması ilə bağlı təhdidi də nəticə verməyəcək: “F-35 onsuz da, ciddi problemlərlə boğuşur. İsrailə verilən təyyarələrdə problemlər çıxdı. Türkiyə isə bu layihədə həm əhəmiyyətli parçaların istehsalında iştirak edir, həm də həm də bölgədəki ən müasir bərpa və təmir mərkəzi Türkiyədə yerləşir. Türkiyə proqramdan çıxarsa, F-35-lə uzun müddət uçmaz. Layihə zaman baxımından ciddi yara alar”.

 

 

Xatırladaq ki, ötən gün ABŞ Rusiyadan alınan “S-400” zenit-raket kompleksləri ilə bağlı Ankaranı növbəti dəfə təhdid edib. Ankarada bir qrup jurnalistə danışan yüksək vəzifəli amerikalı səlahiyyətli Türkiyənin həm “S-400”, həm də “Patriot” zenit-raket sistemləri almasının mümkün olmadığını bildirib. Onun sözlərinə görə, Türkiyə “S-400” alarsa”, “Patriot” ala bilməyəcək, eyni zamanda, “F-35” proqramında iştirakı riskə girə, ABŞ-ın sanksiyalarına məruz qala bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam