Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ-ın Ankaraya “ya biz, ya onlar” şərti...:Ekspertin şərhi

 

ABŞ-ın F-35 qırıcılarını satmaqdan imtina etməsi Türkiyəni çətin vəziyyətə salacaq, ancaq Ankara bu təyyarələrə alternativ tapa bilər.

Yenixeber.org: Bu sözləri türkiyəli hərbi analitik Rəsul Sərdar Ataş deyib.

“Əlbəttə, ABŞ-ın imtinası Türkiyəni çətin vəziyyətə salacaq. F-35-lər inkişaf etmiş təyyarələrdir, Türkiyənin sahib olduğu F-16-lar isə müasir tələblərə cavab vermək imkanlarını getdikcə itirir. Türkiyənin F-35 almaq istəməsinə də məhz bu səbəb olub. Düşünürəm ki, təyyarələr verilməsə, Türkiyə digər variantları nəzərdən keçirəcək və alternativ tapa biləcək”, - Ataş bildirib.

Ekspertin fikrincə, Türkiyə F-35 proqramından çıxarılacağı halda ABŞ etibarsız tərəfdaş vəziyyətinə düşəcək və Türkiyə Vaşinqtonu heç bir birgə layihəyə dəvət etməyəcək.

“ABŞ-ın Türkiyənin Rusiya ilə münasibətlərə son qoymasını gözləməsi olduqca yanlışdır. Ankara istər iqtisadi, istərsə də hərbi əməkdaşlıq sahəsində Rusiya ilə münasibətləri gücləndirməlidir. Türkiyə və Rusiya bizim regionda ən güclü və nüfuzlu ölkələrdir. ABŞ müttəfiqi qarşısında “ya biz, ya onlar” seçimi qoymamalıdır”, - ekspert qeyd edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam