Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Vor” Taleh Dağlıyev narkotiklə tutuldu - VİDEO

 

Dünən sentyabrın 26-da Moskvadakı “Naş dvor” restoranında “Tolik Noqinski” ləqəbli azərbaycanlı “vor zakon” Taleh Dağlıyev həbs olunub.

Xeberinfo.com:   Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunan 32 yaşlı Taleh Dağlıyevin üzərindən xalq arasında “spays” kimi tanınan narkotik tapılıb.

Narkotik maddənin şəxsi istifadə miqdarından artıq olduğu bildirilir və bu maddə ilə Toliki 3 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Moskvanın 1905-ci il küçəsində yerləşən “Naş dvor” restoranı əsasən “vor zakon”ların məskəni kimi tanınır.

Taleh Dağlıyev Bakının Maştağa qəsəbəsindəndir, kriminal avtoritetlər sırasına nisbətən yeni daxil olsa da kifayət qədər tanınıb. O, 2014-cü ildə Türkiyədə keçirilən “sxodka”da “vor zakon” titulu alıb, Taleh Dağlıyevə bu titulun verilməsinə “Lotu Quli” və digər nüfuzlu avtoritetlər səs veriblər.

“Tolik Noqinski” hazırda həbsdə olan “bir nömrəli vor”, “Şakro Moldoy” ləqəbli Zaxari Kalaşovun klanındandır. O, indiyə qədər real həbs müddəti çəkməyib, hərçənd ki, ötən il Moskvada və ondan əvvəl Ukraynada saxlanılmışdı. Moskva məhkəməsi onu şərti həbslə cəzalandırıb, cəza müddəti bu ilin yazında bitib. Həmin müddət ərzində Taleh Dağlıyev Azərbaycan, Belarus və Ukrayna paytaxtlarında olub, orada kriminal qruplaşmalar arasında koordinasiya yaradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam