Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

BƏRDƏNİN POLIS RƏİSİ NİYƏ «VOR ZAKON»LARI MÜDAFİƏ EDİR?-ŞİKAYƏT

 

image here

Rayon polis şöbəsinin rəisi İlqar Məmmədov şikayətçi Tural Məmmədovu aldadıb pulunu mənimsəyən Bərdə RİH-nin baş mühasibi Əsgər Əsayevin oğlu, Rusiyadakı “vor zakon”larla əlaqəli Qəlbinur Əsayevi cəzalandırmaq əvəzinə, şikayətçiyə “küçük” deyərək onu həbslə hədələyir…
Yenixeber.org:  4 dekabr 2018-ci il tarixli sayımızda “Bərdə İcra Hakimiyyəti baş mühasibinin oğlundan “vor zakon”lu hədələr” başlıqlı yazı dərc olunmuşdu. Yazıda Bərdə rayonunun Kətəlparaq kənd sakini, fermer Tural Məmmədovun şikayət məktubu əsasında başına gələnlər əksini tapmışdı. Şikayət məktubunda T.Məmmədli göstərirdi ki, Bərdə rayon İcra Hakimiyyətinin baş mühasibi Əsgər Əsayevin oğlu Qəlbinur Əsayev onun 40 min manat pulunu mənimsəyib. Bu azmış kimi, həmin pulu geri istəyərkən “vor zakon”ların hədələrinə məruz qalıb. Bütün bunları təsdiq edən səs yazılarını da mənim vatsap nömrəmə göndərib. Göndərilən həmin səs yazılarında birmənalı olaraq T.Məmmədlinin çox ağır hədələrə, söyüş və təhqirlərə məruz qaldığı görünür. Özünü «Lotu Quli»nin nümayəndəsi kimi təqdim edən həmin kriminal avtoritet söyüşlərlə dolu olan hədələrində bildirir ki, əgər Tural Qəlbinurdan həmin pulu istəsə, onun Ukraynada olan qardaşının meyitini üstünə göndərəcək. 
Bundan əlavə, bu kriminal avtoritet cəza kimi T.Məmmədovdan «Lotu Quli»nin hesabına 20 min ABŞ dolları pul göndərməyi tələb edir. Əks təqdirdə, onu ağzından güllələyəcəyini bildirir. Göndərilən səs yazılarında Qəlbinura irad bildirəndə ki, “Niyə vor zakonları üstümə göndərirsən” – sualına Qəlbinur belə cavab verir: “Allaha and olsun, mən onlara elə deməmişəm. Demişəm ki, bir az pul göndərsinlər, sənin borcunu verə bilim”. 
Bu barədə adı çəkilən yazıda daha ətraflı məlumat verilmişdir. Yazıdan sonra Bərdə rayon Polis İdarəsinin rəhbərliyi əvvəlcə operativlik göstərərək Tural Məmmədovu bölməyə dəvət edərək onun yazılı şikayət ərizəsini və izahatını qəbul etmişdir. T.Məmmədov, həmçinin Qəlbinur Əsayevin “Vor zakon”la əlaqəsini və ona borclu olduğunu sübut edən səs yazılarını da polisə təqdim etmişdir. Bundan sonra Bərdə RİH-in baş mühasibi Əsgər Əsayev və oğlu-həm İcra Hakimiyyətinin mühasibatlığında, həm də seçki dairəsində işləyən Qəlbinur Əsayev Polis Şöbəsinə dəvət edilərək, dindirilmiş və izahatları alınmışdır. Düşünmək olardı ki, bundan sonra Bərdə Rayon Polis Şöbəsinin rəsmiləri operativliklərini davam etdirərək günahkarların üzə çıxarılmasına tezliklə nail olacaqlar. Həmçinin bir icra hakimiyyəti məmurunun oğlunun “Vor zakon”la əlaqələri araşdırılaraq tədbir görüləcək. 
Çox “ciddi” araşdırmalardan sonra Bərdə Rayon Polis Şöbəsinin rəisi İlqar Məmmədov və müavini Zaur Nəsirov deyəsən, “vor zakon”un tərəfində durmağı məqsədəuyğun sayıblar. Belə ki, 19 dekabr 2018-ci il tarixdə şikayətçi Tural Məmmədovu rayon Polis Şöbəsinə dəvət ediblər. Atası ilə birlikdə Polis Şöbəsinə gələn T.Məmmədov sevinib ki, nəhayət, günahkarlar cəzalanacaq və onun pulu geri qaytarılacaq. Ancaq necə deyərlər, sən saydığını say, gör Bərdə RPŞ-nin rəhbərliyi nə sayır. Deməli, Polis Şöbəsində rəis İlqar Məmmədov şikayətçi T.Məmmədovu atasının yanında olmazın sözlərlə təhqir edib. Hətta Turala ünvanlı “küçük” ifadəsini işlətməkdən belə çəkinməyib. Eyni zamanda rəis İ.Məmmədov şikayətçini hədələyib ki, «Niyə ora-bura şikayət edərək şou göstərirsən, sənin özünə cinayət işi açıb həbs edə bilərik...». 
Belə yerdə deyiblər: “Oğru elə bağırdı, doğru qucağa qısıldı”. Biz burada “oğru” deyəndə polis rəisini yox, “qanuni oğru”, yəni “Vor zakon”u nəzərdə tuturuq. Çünki, görünür Bərdə RİH-in baş mühasibi Əsgər Əsayevin oğlu Qəlbinur Əsayevin dostları olan “vor zakon”lar vasitəsilə polislərə də təsir ediblər. Bu səbəbdən Bərdə RPŞ-nin rəisi İlqar Məmmədov şikayətçi Tural Məmmədovu yox, onun 40 min manat pulunu və 120 qram qızılını mənimsəyən “vor zakon” Romanın dostu Qəlbinur və atası Əsgər müəllimi müdafiə etməyə üstünlük verir. Bəs, rəis İlqar Məmmədovu şikayətçini nəyə görə həbs etməklə hədələyir? Burada bu məsələyə kiçik bir aydınlıq gətirək. 
Əvvəlki yazıda bildirmişdik ki, həm Tural Məmmədov, həm də ondan pul götürən Qəlbinur Əsayev redaksiyamıza müxtəlif səs yazıları göndərmişdilər. Biz hər iki tərəfin mövqeyinə hörmət edərək səs yazılarının məzmunluunu dərc etmişdik. Qəlbinurun göndərdiyi səs yazılarının birində Tural Məmmədov yuxulu-yuxulu Qəlbinura belə deyir: “Nə dost-dost deyirsən, Heydər Əliyev də Surətə dost deyib, sonra da həbs etdirdi”. 
İndi həm “vor zakon” Romanın dostu olan Qəlbinur, həm də Bərdə RPŞ-nin rəisi İlqar Məmmədov bunu bəhanə edərək şikayətçi Tural Məmmədovu hədələyirlər ki, sən Ulu Öndərin əleyhinə danışmısan. Təsəvvür edin, dələduzluq, “vor zakon”un ölümlə hədələmə faktları qalıb bir kənarda, bu cinayət sayılmır, Ulu Öndərdən misal gətirmək cinayət sayılırmış. Belə çıxır ki, Bərdənin polis rəisi siyasətə qarışır…
Bizimlə telefon söhbətində də T.Məmmədov haqlı olaraq bildirdi ki, Ulu Öndər çox böyük siyasətçi idi, siyasətdə də əbədi dost və düşmən yoxdur: “Dövlətçiliyin mənafeyi tələb edəndə istənilən adam dost və ya düşmən olur. Surət Hüseynova lazımi məqamda, Vətən qarşısında göstərdiyi xidmətinə görə Heydər Əliyev dost deyib vəzifəyə gətimişdi. Sonra Surət Hüseynov dövlətçiliyin əleyhinə çıxaraq daha böyük iddialara düşdü. Ona görə də Ümummilli Lider haqlı olaraq onu həbsinə qərar verdi. Vaxtilə Qəlbinur da mənimlə dost idi. lakin, aldığı pulumu geri istəyəndə mənə qarşı düşmənçilik etdi. Üstəlik, məni və Ukraynada yaşayan qardaşım Sərdarı “vor zakon” Roma vasitəsilə ölümlə hədələtdirdi. Belə bir adamla mən dost ola bilərəmmi? Bu səbəbdən də onun cəzalandırılması üçün bütün qanuni vasitələrdən də istifadə edəcəyəm. Əgər mənim Ulu Öndərin özünə və onun yaratdığı Yeni Azərbaycan Partiyasına sevgi və məhəbbətim olmasaydı ailəmizin üç üvzü, mən, qardaşı və atam bu partiyaya qəbul olmazdıq. İndi Bərdənin polis rəisi İlqar Məmmədov mənim şikayətim əsasında bir icra hakimiyyəti məmurunun oğlunun “vor zakon”la əlaqələrini, mənə qarşı etdiyi dələduzluq faktını araşdırmaq əvəzinə məni həbslə hədələyir, atamın yanında “itil burdan, küçük” deyərək məni təhqir edir. Xahiş edirəm, mənim bu sözlərimi saytınız və qəzetiniz vasitəsilə hörmətli nazir Ramil Usubova çatdırasınız”.
Biz çox təəssüf edirik ki, çoxillik təcrübəsi olan peşəkar polis işçisi rəis İlqar Məmmədov belə səhvlərə yol verir. Qanun keşikçisi olaraq İlqar Məmmədovun haqqı tapdalananı, “vor zakon”la əlaqəsi olan insanları müdafiə etməsi olduqca təəssüf doğurur.
Onu da öyrənmişik ki, “vor zakon”la əlaqəsi olan Qəlbinur Əsayevin bibisi oğlu Faiq Baxşiyev Laçın Rayon Polis Şöbəsinin rəis müavinidir. Ola bilər Bərdə RPŞ-nin rəisi İlqar Məmmədov öz paqon yoldaşının xahişindən keçə bilmir. Ancaq mənim rəis İlqar Məmmədova deməyim artıqdır ki, qanun hər şeydən ucadır. Daxili işlər naziri cənab Ramil Usubovun polislərdən həmişə bir tələbi olub: “Qanunun aliliyini təmin etmək və bununla da polsin nüfuzunu qaldırmaq”. Burada qanunun yanından keçmək üçün heç bir istisna yoxdur. Ona görə də inanırıq ki, hörmətli İlqar Məmmədov gec də olsa qanunu haqqını tələb edən Tural Məmmədovn yanında olacaq, “vor zakon”la əlaqəli olanların yox. 
Rəis İlqar Məmmədovun məsələyə dair mövqeyini öyrənmək üçün Bərdə RPŞ-nin (+994 2020) 5-67-02, (+994 2020) 5-34-17 telefonlarına zəng vurdum, növbətçi hər dəfə rəisin başı qarışıqdır, yaxud da rəisin ərazidə olduğunu bildirib bizimlə calaşdırmadı. Onun da mövqeyini dərc etməyə hazırıq.(tezadlar.az)
Mövzunu diqqətdə saxlayacağıq.
Hazırladı: Elçin MƏMMƏDLİ

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam