Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Pambıqçıların zəhərləndiyi sahələr Kəmaləddin Heydərovun imiş –Araşdırma




 

 Kənd Təsərrüfatı Nazirliyindən AzadlıqRadiosuna deyiblər ki, Saatlıdakı pambıq sahələri MKT şirkətinə, İmişlidəki sahə isə MKT-nin İnnovasiya Mərkəzinə məxsusdur.

Yenixeber.org: Radionun 2017-ci ildə hazırladığı “Gilan pambıq biznesini nəzarətə götürür” başlıqlı araşdırmasına görə, MKT şirkəti “Gilan Holding”-ə məxsusdur.

Amma şirkətin özü ilə əlaqə saxlayıb baş verənlərə dair onların şərhlərini almaq mümkün olmayıb.

“Gilan Holding”in fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına aid olduğu heç kəsə sirr deyil.

Holdinq pambıq tədarükü və emalı, eləcə də tekstil sənayesi ilə məşğul olan «MKT İstehsal Kommersiya» MMC-nin təsisçilərindəndir. Bu şirkət isə ölkədəki 14 pambıqtəmizləmə zavoduna nəzarət edir.

Bir neçə pambıqtəmizləmə zavoduna sahib olan «Azərcot» və «CTS-Agro» şirkətləri də 2015-ci ildən onun nəzarət dairəsinə daxil olub

Nazirliyin şöbə müdiri İmran Cümşüdov Azadlıq Radiosuna bildirib ki, Saatlı və Tərtərdə “Formula super” adında, İmişlidə isə sofkalara qarşı “Karovan” adında preparatlar istifadə olunub.

Zəhərlənmə hadisəsi baş vermiş Saatlı və İmişlidəki torpaq sahələrinin sahibi MKT şirkətinin veb saytı yoxdur, internetdəki telefon nömrələri isə bir neçə gündür ki, cavab vermir.AzEuroNews.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam