Yenixeber.org: Ərdoğan bildirib ki, Rusiya prezidenti Vladimir Putin ilə Qarabağ münaqişəsini də müzakirə edib.
Rusiyanın Ermənistana təsir gücü olduğunu deyən Ərdoğan bəyan edib ki, Putin münaqişənin həllinə inanmır.
"Daha öncə qəbul edilmiş və işğal olunmuş yeddi rayondan beşinin qaytarılması ilə bağlı qərar mövcuddur. Biz həmin qərarların icra olunması barədə müzakirələr apardıq. Bu məsələyə Cənab Putin müsbət yanaşır, lakin başa düşdüyümə görə, xüsusi ümid bəsləmir. Düşünürəm ki, onun ümidsizliyi iki ölkə arasında münasibətlərlə bağlıdır”, - deyə Ərdoğan bildirib.
Noyabrın 22-də Rusiya və Türkiyə prezidentləri yenidən Soçidə görüşəcəklər.(baku.ws)